Yuxarı

İndi bəxşişi də nağdsız ödəmək olar

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
İndi bəxşişi də nağdsız ödəmək olar

Ölkəmizdə nağdsız ödəniş ənənələrinin inkişafına daim dəstək verən Azərbaycan Beynəlxalq Bankı bu məqsədlə daha bir yeniliyə imza atıb. Bank, ödənişlərini nağdsız aparmağı sevən müştərilər üçün restoran və kafelərdə hesabdan əlavə bəxşişləri də kart vasitəsilə ödəmək imkanı yaradıb.

Axar.az xəbər verir ki, keyfiyyətli xidməti ilə müştəri məmnuniyyəti yaradan ofisiantlara sifarişin haqqından əlavə bəxşişin də ödənilməsi əksər ölkələrdə bir ənənədir. Bu ənənə Azərbaycanda da geniş yayılıb. Amma ölkəmizdə müştərilər bunun üçün nağd puldan istifadə etməli olurdular. Çünki Azərbaycanda bu cür ödənişləri nağdsız aparmaq mümkün deyildi. Azərbaycan Beynəlxalq Bankı bir neçə kafe və restorandakı POS terminallarında pilot olaraq yeni funksiyanın tətbiqinə başlamaqla bu məhdudiyyəti aradan qaldırıb. Bankla tərəfdaşlıq edən həmin xidmət məkanlarında bu funksiya artıq işləkdir.

Yeni funksiya “BƏXŞİŞ” adlanır. Müştəri sifarişinin haqqını kartla ödədikdən sonra istəyinə uyğun olaraq POS terminaldakı “BƏXŞİŞ” menyusuna keçid alır. Ödəmək istədiyi bəxşişin faiz dərəcəsini göstərib əməliyyatı tamamlayır. Bu yenilik həm təsərrüfat-xidmət obyektləri, həm də kart sahibləri üçün müştəri məmnuniyyəti yaradacaq və nağdsız ödəniş ənənələrinə daha bir töhfə verəcək. Yaradılmış yeni imkan turizmə əlavə dəstək verəcək, ölkəmizə gələn xarici turistlərin rahatlığı baxımından da faydalı olacaq.

Xidmətdən yararlanmaq istəyən təsərrüfat-xidmət obyektlərinin sahibləri POS terminalların quraşdırılması üçün bankın 937 nömrəli Məlumat Mərkəzinə müraciət edə bilər.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat mərkəzindən, həmçinin rəsmi Feysbuk səhifəsindən əldə etmək olar.

Tarix
2020.02.20 / 14:41
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıdan Fransaya çağırış: Buna son qoyun!

Azərbaycan TDT daxilində fəal mövqeyə malikdir

Ermənistanın Xudavənglə bağlı revanşist mövqeyinə reaksiya...

Bakıda yaxşı deyil, İrəvan və Tiflisdə isə daha pisdir

“Məhsul şəhadətnaməsi haqqında” qanun hazırlandı

Qız uşaqları bətndəcə məhv edilir – Təhlükə...

Bakıda var, Tiflisdə var – bəs, İrəvanda niyə yoxdur?

Ərdoğan bu torpağa ayaq basa bilməyəcək – Katz

Azərbaycan XİN Çilini təbrik etdi

Ermənistanda TRİPP layihəsinin icrası müzakirə olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla