Yuxarı

Kapital Bank-ın dəstəyi ilə sərgi keçirildi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kapital Bank-ın dəstəyi ilə sərgi keçirildi

20 fevral 2020-ci il tarixində Kapital Bank-ın rəsmi təşkilatçılığı ilə keçirilən “Partners and Business” sərgisinin açılışı baş tutub. Sərgiyə Kapital Bank-ın Korporativ və KOS Satış İdarəsinin Baş Direktoru Fərid Hidayətzadə qatılıb.

Axar.az xəbər verir ki, sərgidə yerləşdirilmiş Kapital Bank-ın xüsusi stendi vasitəsi ilə bankın təqdim etdiyi faktorinq, tarif paketləri, biznes kartlar və kiçik və orta sahibkarlar üçün nəzərdə tutulan digər məhsullar və BirKart haqqında ətraflı məlumat verilir. Stenddə, həmçinin yeni nəsil smart kassa cihazı da nümayiş olunur ki, sərgi iştirakçıları onun funksiyaları ilə yaxından tanış ola bilərlər.

22 fevral tarixinədək davam edəcək “Partners and Business” sərgisi Kapital Bank, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və “Marsol” MMC-nin birgə təşkilatçılığı ilə keçirilir. Sərgidə sənaye, kənd təsərrüfatı, o cümlədən qida məhsullarının istehsalı, eləcə də informasiya və kommunikasiya texnologiyaları, təhsil, inşaat, logistika və s. sahələrdə fəaliyyət göstərən 150-yə yaxın yerli şirkət iştirak edir.

Qeyd edək ki, Kapital Bank kiçik və orta sahibkarlığın inkişafına və maliyyələşməsinə böyük önəm verir. Yeni məhsullardan olan faktorinq, qarantiya, akkreditiv, bankın öz vəsaiti və xüsusi fondlar vasitəsilə maliyyələşmələr müştərilərə təqdim olunur. Sürətli təhlil prosesi, təminatın əksər hallarda tələb olunmaması və aşağı faizlər Kapital Bank-ın bazarda ən yaxşı şərtlər təklif etməsinə bir sübutdur. Həmçinin sahibkarlara yeni nəsil smart kassa cihazları ödənişsiz əsasda təklif olunur.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank 101 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Tarix
2020.02.21 / 10:30
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov Əlcəzairə getdi

Yaşar Gülər və Hakan Fidan Azərbaycana gəlir

Prezident Göyçə gölündən danışdı: Xəritəyə baxın!

Xəzər yox, “Mazandaran dənizi” var - Məhəmmədi

Məhkəmə: Təqsirləri sübutlarla təsdiqləndi

İlk dəfə müharibədə bunu biz tətbiq etdik - Prezident

Azərbaycanlıların qayıtması Ermənistanı qorxutmasın!

Bu kürsüdən dövlət strukturlarına göstəriş verirəm...

Yalnız bu sərvət heç vaxt tükənmir - İlham Əliyev

Prezident hərbi paraddan danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla