Yuxarı

"Saudi Aramko" səhmlərini satır: nə gözlənilir? - Ekspert

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Saudi Aramko" səhmlərini satır: nə gözlənilir? - Ekspert

“Saudi Aramko” şirkəti neft bazarında önəmli bir yerə sahibdir. Şirkətin səhmlərini satışa çıxarması potensial alıcıların da aktivləşməsinə gətirib çıxarıb.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli neftin qiymətinin enməsindən dolayı “Saudi Aramko” şirkətinin səhmlərini satışa çıxarması barədə yayılan məlumatları şərh edərkən deyib.

Ekspert bildirib ki, neftin qiymətinin sabit olduğu zamanda beynəlxalq reytinq agentlikləri “Saudi Aramko” şirkətinin səhmlərinin dəyərini iki trilyon dollar olaraq açıqlamışdı:

“Yəni şirkətin səhmləri bundan öncə də satışa çıxarılmışdı. Təbii ki, o zaman məqsəd səhmlərin qiymətini öyrənmək və potensial alıcıları müəyyən etmək idi. Hətta kiçik hissələrin satışı da gerçəkləşmişdi. Lakin hazırda vəziyyət tam fərqlidir. Şirkət səhmlərini satışa çıxarsa da, düşünmürəm ki, böyük həcmdə satışlar olsun. Bunun əsas səbəbi isə neftin hazırkı vəziyyətinin şirkət səhmlərinə təsir etməsidir”.

N.Cəfərli “Saudi Aramko” şirkətinin səhmlərini satışa çıxarmasının neft bazarına təsirindən danışıb:

“Hazırda belə bir düşüncə var ki, şirkətin səhmlərini satması neft bazarında qiymətləri daha da azalda bilər. Bu, yanlış bir yanaşmadır. Bu gün “Saudi Aramko” şirkətinin potensial alıcısı çoxdur. Bu alıcılar sırasında müxtəlif investisiya bankları, xüsusilə də Çin bankları ilk pillədə dayanır. Yəni şirkət səhmləri uğrunda rəqabət güclü ola bilər. Bu isə öz növbəsində birjalarda canlanmaya gətirib çıxara bilər”.

N.Cəfərli “Qoldman Saç” Bankının neftin dünya iqtisadiyyatında rolunu itirəcəyi ilə bağlı bəyanatına da aydınlıq gətirib:

“Hazırda dünya bazarlarında ilk dəfədir ki, neftin qiymətində belə bir kəskin azalma müşahidə olunur. Neft böhranı ilə başlayan bu enmə koronavirus pandemiyası ilə ən pik həddə çatdı. Faktiki olaraq koronavirus pandemiyası post-neft dövrünə təkan vermiş oldu.

“Qoldman Saç” Bankı koronavirus pandemiyasını nəzərə alaraq, belə bir bəyanat verib. Yəni bu gün insanlar evlərində işləyir, onlayn satış və alış edir. Bu tendensiya dünyada geniş vüsət almaqdadır. Koronavirus sonrası da mövcud vəziyyətin qalacağı düşünülür”.

Tarix
2020.04.01 / 09:13
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Bu sahə ilə bağlı yeni dövlət standartları qəbul olundu

103 ölkədən 569 QHT Bakı Bəyannaməsi imzaladı

Kim Çen İn İlham Əliyevi təbrik etdi

Dünya liderləri İlham Əliyevi təbrik edir

WUF13 bayraq endirmə mərasimi ilə başa çatdı

WUF13-ün bağlanış mərasimi keçirildi - Video

WUF13: Bakı estafeti bu şəhərə ötürdü

Dünya Bakıdan verilən çağırışı eşitməlidir - Rossbax

Paşinyandan Sumqayıt və Gəncə ilə bağlı iddialara cavab

Əli Əsədov MDB ölkələrinə təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla