Yuxarı

Neftlə bağlı xəbərdarlıq: May ayında neft ehtiyatı...

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Neftlə bağlı xəbərdarlıq: May ayında neft ehtiyatı...

May ayında qlobal neft ehtiyatı həcmi dola bilər.

Axar.az xəbər verir ki, bu sözləri Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEK) baş katibi Məhəmməd Barkindo OPEK və qeyri-OPEK ölkələrinin nazirlərinin videokonfrans formatında keçirilən görüşdə deyib.

O, dünya miqyasında neft tələbatının azalması və sürətlə artan tədarük səbəbindən may ayında qlobal neft ehtiyatı həcminin dola biləcəyi barədə xəbərdarlıq edib. Dünyada sürətlə yayılan koronavirus səbəbindən nəqliyyat məhdudiyyətlərinin və karantinlərin müşahidə olunduğunu bildirən M.Barkindo bunun son 1 ayda neft bazarında görünməmiş dəyişikliyə səbəb olduğunu deyib.

Bu il üzrə qlobal neft tələbatının gündəlik 100 min barrel artım proqnozuna 6,8 milyon barrel azalma istiqamətində yenidən baxıldığını deyən M.Barkindo ilin ikinci rübündə qlobal neft tələbinin sutkada 12 milyon barrel azalacağının gözlənildiyini bildirib. İkinci rübdə sutkalıq 12,7 milyon barellik tədarük profisitinin yarana biləcəyini söyləyən OPEK-in baş katibi qlobal neft ehtiyatı həcminin may ayında dola biləcəyini qeyd edib.

2014-2016-ci illərdə neftin qiymətinin aşağı olduğu dövrdə neft bazarına 1 trilyon dollarlıq sərmayənin itirildiyini xatırladan M.Barkindo istehsalçı ölkələrin də trilyonlarla dollar gəlir itkisi ilə üz-üzə qaldığını bildirib. Qlobal neft istehlakının birinci rüb ərzində 15 faiz azaldığını ifadə edən OPEK-in baş katibi kartel və qeyri-OPEK ölkələrini bazar şərtlərinə uyğun birgə hərəkət etməyə çağırıb.

Tarix
2020.04.10 / 01:38
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyədən Ermənistanla bağlı “sürətli” qərar - Nə baş verir?

Artıq Azərbaycanla Ermənistan sülh şəraitində yaşayır

İlham Əliyev Trampı təbrik etdi

Azərbaycan ABŞ-ı təbrik etdi

ABŞ-dakı dostlarımızı ürəkdən təbrik edirik - Hacıyev

"Demokratiyaya dəstək": İrəvan savaşa hazırlanır?

Bakı-Tiflis-Qars dəmir yolu Çinə qədər uzanacaq?

Nümayəndə heyətimiz Pezeşkiana başsağlığı verdi - Video

Rəsmilərimiz Xameneinin vida mərasimində... - Video

Leyenin Bakı mesajı: Yanaşma dəyişir, AB-nin məqsədi...

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla