Yuxarı

Neft böhranı buna görə dərinləşdi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Neft böhranı buna görə dərinləşdi

Hazırda neft bazarında ilk dəfə olaraq mənfi trend yaşanır. Bunun başlıca səbəbi isə çıxarılan neftin həm alıcısının, həm də saxlanılması üçün yerin olmamasıdır. Buna görə də investorlar may ayı üçün əllərində olan neft fyuçerslərini dəyər-dəyməz qiymətə təklif etməyə başlayıblar. Bu da bazarın çökməsinə gətirib çıxarıb.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı-ekspert Rəşad Həsənov dünya neft bazarında yaşanan mənfi trendlə bağlı danışarkən deyib. Ekspert bildirib ki, OPEK+ formatının qəbul etdiyi qərardan sonra neft bazarında şokun olacağı proqnozlaşdırılırdı:

“Çünki təklif olunan neftin həcmi normadan çoxdur. Bundan əlavə, ötən aylar ərzində tələbin aşağı düşməsi səbəbindən istehsalçı ölkələr hasil olunan nefti öz anbarlarına yığırdılar və hazırda anbarlar dolub. Bu məsələ üzrə vəziyyət ABŞ-da xüsusilə gərgindir. Son açıqlanan məlumatlardan aydın olur ki, kommersiya əhəmiyyətli neftin həcmi sürətlə artır və anbarlar hasil olunan nefti qarşılamaq üçün kifayət deyil. Belə şərtlər çərçivəsində OPEK-in qəbul etdiyi qərarın real bazara təsir imkanları məhduddur. OPEK görüşündə gündəlik 10 milyon barrel neftin dünya bazarından çıxarılması istiqamətində razılıq əldə edildi. Buna baxmayaraq, may ayı əzində 35 milyon barrel neft artıq qalacaq. Bu fakt bir daha göstərir ki, OPEK+ formatının qəbul etdiyi qərar bazardan artıq neftin çıxarılması üçün kifayət deyil”.

Ekspert deyib ki, neft hasilatının qısa müddət ərzində dayandırılması mümkün deyil:

“Neft hasilatının dayandırılması və yenidən bərpası bir il vaxt tələb edir. Digər tərəfdən, hər ölkənin çıxardığı neft də eyni deyil. Məsələn, Rusiyanın əsas neft yataqları soyuq iqlimə sahib Sibir bölgəsindədir. Bu bölgədə neftin hasilatını dayandırmaq yataqların qısa müddətdə donub istifadəsiz hala gəlməsi deməkdir. Digər bir nümunə kimi ABŞ-ın Texas neftini göstərmək olar. ABŞ nefti “qaya nefti” adlanır. Bu neftin sərt qaya qatı altından çıxarılması həm əziyyətli, həm də məsrəfli işdir. Buna görə də hasilatı dayandırmaq mümkünsüz görünür”.

Tarix
2020.04.22 / 14:23
Müəllif
Turan Rzayev
Digər xəbərlər

İran çalxalanır: əgər parçalansa, azərbaycanlılar...

İlham Əliyev sabiq prezidentə başsağlığı verdi

Hacıyevdən sülh açıqlaması: Konqresdə bəziləri...

İlham Əliyev İsveçrə prezidentinə başsağlığı verdi

Rəsmi Bakıdan bu ölkə ilə bağlı paylaşım

Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi

İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...

Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Azərbaycan İsveçrəyə başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla