Yuxarı

Avronun ucuzlaşması onun gücünü artırır – Ekspert

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Avronun ucuzlaşması onun gücünü artırır – Ekspert

"Avronun dünyada tək dollara qarşı deyil, beş ən güclü valyutaya qarşı ucuzlaşmasının əsas səbəbi Avropa Bankının Avrozonada iqtisadi durğunluq üzündən tətbiq etdiyi "iqtisadi canlandırma proqramı"ı ilə bağlıdır.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli avronun dollar qarşısında rəqabətə tab gətirməyərək durmadan ucuzlaşmasına münasibət bildirərkən deyib. O bu prosesin bundan sonra da davam edəcəyini bildirib:

"Bu proqramın tərkib hissəsindən biri də hər ay bazara 60 milyard avroluq likvidlik axıtmaqdır. Yəni bazarda pul kütləsinin həcmini, banklarda isə likvidliyi artırmaqdır ki, bu da kreditlər yolu ilə vətəndaşların biznesə qayıtması ilə daha çox iqtisadi canlanmaya gətirib çıxara bilər. Avropa Mərkəzi Bankı (AMB) belə düşünür. Ona görə də hər ay 60 milyardlıq belə bir proqram həyata keçirilir. Bu, 2016-cı ilin sentyabrın 1-nə qədər davam edəcək. Bu müddət ərzində 1 trilyon avrodan çox əlavə vəsait bazara daxil olacaq. Bu da təbii ki, avronun məzənnəsinin enməsinə səbəb olacaq. Yəni AMB bunu bilərəkdən edir. Çünki məzənnə aşağı olduqca Avropada istehsal olunan malların ixrac qabiliyyəti artır və beynəlxalq rəqabətdə dayanıqlılıq güclənir. Buna görə də bu, bilərəkdən atılmış bir addımdır və bunun davamını görəcəyik. Bəzi ekspertlər və iri dünya bankları artıq avronun dollardan daha ucuz həddə qədər ucuzlaşacağını proqnozlaşdırırlar. Ola bilsin ki, yaxın bir neçə ayda pariteti görək, yəni dollarla avro yenidən bərabərləşsin. Ancaq bundan sonra da yenə dolların bahalaşması və avronun dollara nisbətən ucuzlaşmasını görə bilərik. Çox güman ki, yaxın gələcəkdə avro dollardan daha da ucuz olacaq. Bunun əsas fundamental iqtisadi səbəbləri məhz bunlardır".

Sözügedən məsələnin siyasi tərəflərinə açıqlıq gətirən politoloq Ərəstun Oruclu burada bəzi üstüörtülü məqamların olduğunu bildirib:

"Avro elə bir valyutadır ki, ona siyasətin müdaxiləsi minimumdur. Avronun dollar qarşısında ucuzlaşması Avropa eksportunun güclənməsi deməkdir. Çünki bir valyutanın maya dəyəri aşağı düşdükdə avtomatik olaraq rəqabət qabiliyyəti artır. Bu, sırf iqtisadi məsələdir. Təbii ki, Avropa ölkələrinin eksport gəlirlərinin artması son nəticədə onun siyasi çəkisinin artmasına da öz təsirini göstərəcək. Yəni ilk növbədə bu, guya Avropanın ziyanı kimi görünsə də, əslində belə deyil. Məhz iqtisadi rəqabət imkanlarının güclənməsi ilə Avropanın siyasi baxımdan çəkisinin artmasına da səbəb olacaq. Başqa bir tərəfdən isə bu, Avropadaxili məsələlərdən də qaynaqlanır. O cümlədən İspaniya, Portuqaliya, daha kəskin şəkildə isə Yunanıstanda müəyyən qədər öz təsirini göstərir. Belə olan şəraitdə həmin ölkələrlə Avropa Birliyinin iqtisadi münasibətlərində gərginlik yaradır. Bu isə nəticə etibarilə bugünkü duruma gətirib çıxarır".

Tarix
2015.03.16 / 10:03
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Ermənistanın Bərdədə törətdiyi terrordan beş il ötür

"Seçilmişlər": Rusiyaya göndərilən məxfi məktubun şifrələri

Daha bir deputat partiyadan çıxarılır?

Mehdiyev əsrimizin ən böyük siyasi xadimi... - Əli Həsənov

Prokurorluğun sorğusu əsasında qərar qəbul edildi

Paşinyan getsə, revanşist gəlsə, nə baş verəcək? - Zülfüqarov

Pulsuz dərmanların verilməsiylə bağlı təklif qəbul edildi

HƏMAS daha bir cəsədi qaytarır

İş adamı Yusif Xəlilov azadlığa buraxıldı

Mehdiyev dövləti bu 50 nəfərlə "idarə edəcəkmiş" - Şok siyahı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla