Yuxarı

Səudiyyədən neft qərarı: Qiymətlər dəyişə bilər

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Səudiyyədən neft qərarı: Qiymətlər dəyişə bilər

Səudiyyə Ərəbistanının ABŞ və Avropaya neft tədarükünü yarıbayarı azaltması neft bazarına müəyyən qədər müsbət təsir edəcək. Lakin düşünmürəm ki, Səudiyyə neft istehsalını təyin olunmuş limitdən aşağı salsın.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı-ekspert Rəşad Həsənov Səudiyyə Ərəbistanının iyunda ABŞ və Avropaya neft tədarükünü yarıbayarı azaltmaq niyyəti barədə danışarkən deyib.

Ekspert Səudiyyə Ərəbistanının ABŞ və Avropaya neft tədarükünü azaltmasının pərdəarxası məqamlarından danışıb:

“Digər neft hasil edən ölkələr kimi, Səudiyyə Ərəbistanı da gündəlik neft hasilatını azaldacağına dair üzərinə öhdəlik götürüb. Təbii ki, bunun da nəticəsində Səudiyyə bazarlara neft tədarükünü azaltmalı olacaq. İndiki halda Səudiyyə Ərəbistanının ABŞ bazarında iştirakı iqtisadi olaraq səmərəli deyil. Çünki hazırda neftin daşınması və saxlanmasında ciddi problemlər yaşanır. Xüsusilə də tankerlərin boşalmasında gecikmələr baş verir. Digər tərəfdən, Səudiyyə ilə ABŞ arasındakı məsafə də kifayət qədər çoxdur. Bu isə öz növbəsində daşınma xərclərinə təsir edir. Məhz bu səbəbdən Səudiyyə Ərəbistanı ixracı optimallaşdırmağa çalışır”.

Tarix
2020.05.14 / 20:26
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Paşinyan elan etdi: TRİPP-in icrasına başladıq

Paşinyan: Yeni Konstitusiya bizə sülh gətirəcəkmi?

Laçından Mehriyə keçmişdi: 1 noyabrdan Molodeçnodur

Türkiyədə İlham Əliyevin adından yayılan bu fikirlər...

Ermənistanda Nəsimi haqda müəmma: nəyi gizlədirlər?

Nazirlər Milli Məclisə toplanır

Naxçıvana hücum olur, Türkiyədə Bakı ittiham edilir...

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla