Yuxarı

Azərbaycan da neft hasilatı ilə bağlı qərarını verdi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan da neft hasilatı ilə bağlı qərarını verdi

Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEK) üzv və qeyri-üzv ölkələrin nazirlərinin videokonfrans formatında keçirilən 11-ci iclasında gündəlik neft hasilatının 9,7 mln. barrel azaldılması ilə bağlı mövcud kvotanın müddətinin daha 1 ay, iyulun sonunadək uzadılması barədə qərar qəbul olunub.

Azərbaycan Energetika Nazirliyindən Axar.az-a verilən məlumata görə, may-iyun aylarında öhdəliklərini tam yerinə yetirməyən ölkələrin isə bunu iyul, avqust və sentyabr aylarındakı hasilat göstəriciləri ilə kompensasiya etmələri razılaşdırılıb. 2020-ci ilin dekabarınadək Nazirlərin Birgə Monitorinq Komitəsinin (JMMC) iclaslarının hər ay keçirilməsi zəruri hesab edilib. Nazirlərin Birgə Monitorinq Komitəsinin növbəti iclası isə 18 iyuna təyin edilib.

Beləliklə iyulda gündəlik neft hasilatını OPEK ölkələri 6,084 mln. barrel, qeyri-OPEK ölkələri isə 3,616 mln. barrel azaldacaqlar. Səudiyyə Ərəbistanı, BƏƏ, Küveyt və Oman isə gündəlik neft istehsalını əlavə olaraq, təxminən, 1,2 mln. barrel həcmində ixtisar edəcəklər.

Yeni “Əməkdaşlıq Bəyannaməsi”nə uyğun olaraq Azərbaycan may-iyun ayları üzrə 164 min barrel həcmindəki öhdəliyini bu müddət ərzində də yerinə yetirərək, gündəlik xam neft istehsalını 554 min barrel səviyyəsində saxlamalıdır.

İclasda çıxışı zamanı Energetika naziri Pərviz Şahbazov neft bazarında böhran və tələb-təklif arasındakı disbalansa görə mövcud istehsal məhdudiyyətlərinin uzadılması ilə bağlı qərara Azərbaycanın dəstəyini ifadə edib. Nazir deyib ki, neftə tələbatı artıran iqtisadi aktivlik və bazarda balans bərpa olunana qədər hasilatın tənzimlənməsinə həssas və çevik yanaşma davam etməlidir. OPEK+ formatı çərçivəsində neft bazarının sabitləşdirilməsi məqsədli bütün təşəbbüsləri dəstəkləyən Azərbaycan may ayında öhdəliklərinin yüksək səviyyədə icrasına nail olub.”

Müzakirələr zamanı iclasın sədri Səudiyyə Ərəbistanın Energetika naziri şahzadə Əbdül Əziz bin Salman Azərbaycanın neft bazarının tənzimlənməsindəki rolunu yüksək qiymətləndirib.

Qeyd edək ki, aprel ayının 12-də OPEK+ ölkələri nazirlərinin 10-cu iclasında qəbul edilmiş tarixi razılaşma ümumilikdə gündəlik xam neft hasilatının may-iyunda 9,7 mln. barrel, iyul-dekabrda 7,7 mln. barrel, 2021-ci ildən 2022-ci ilin aprel ayının sonuna qədər 5,8 mln. barrel azaldılmasını nəzərdə tuturdu.

Tarix
2020.06.06 / 21:33
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ bu ölkəyə girir, Rusiya qovulur - Kreml susur

Emin Ağalarov Prezidenti belə təbrik etdi - Video

Rusiyadan Azərbaycan açıqlaması: Möhtəşəm hadisə...

Müharibəyə göndərilən 3 azərbaycanlı itkin düşdü - Foto

Vuçiç İlham Əliyevə zəng etdi

İsrail Azərbaycanı çətin seçim qarşısında qoyur

Putin İlham Əliyevə zəng etdi

Mirziyayev İlham Əliyevə zəng etdi

Prezident və xanımı Xankəndidədir

Azərbaycanda “böyrək çıxaran”ı Qazaxıstan həbs etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla