Yuxarı

OPEK-dən Bakı nefti ilə bağlı - Hesabat

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
OPEK-dən Bakı nefti ilə bağlı - Hesabat

2020-ci ildə OPEK+un neft hasilatının tənzimlənməsi ilə bağlı qərarlarına uyğun olaraq Azərbaycanda maye karbohidrogenlərin hasilatı 0,07 milyon barrel/sutka azalaraq ortalama 0,72 milyon barrel/sutka təşkil edəcək.

Axar.az xəbər verir ki, bu barədə OPEK-in neft bazarı üzrə aylıq hesabatında bildirilib.

Hesabata əsasən, 2021-ci ildə 0,01 milyon barrel/sutka azalma gözlənilir:

“Azərbaycanda maye karbohidrogenlərin hasilatı iyun ayında əvvəlki ayla müqayisədə 0,02 milyon barrel/sutka azalaraq orta hesabla 0,68 milyon barrel/sutka təşkil edəcək. Bu göstərici, iyul ayında da təxminən eyni səviyyədə qalıb. Avqust ayı üzrə ilkin hasilat göstəriciləri əvvəlki ayla müqayisədə 0,03 milyon barrel/sutka artım və orta hesabla 0,7 milyon barrel/sutka hasilat nümayiş etdirir”.

Qeyd edək ki, Energetika Nazirliyinin məlumatlarına əsasən, 2020-ci ilin avqust ayında kondensatla birgə neft hasilatı 669,1 min barrel/sutkaya bərabər olub. Bunun 584,6 min barreli neftin, 84,5 min barreli kondensatın payına düşüb.

Xam neftin 460,4 min barreli “Azəri-Çıraq-Günəşli” yatağının, 124,2 min barreli SOCAR-ın payına düşüb.

Tarix
2020.09.14 / 21:44
Müəllif
Axar.az
Digər xəbərlər

Qapımız həmişə qardaş Azərbaycana açıqdır - Mirziyayeva

Azərbaycan üçün ilk: “Əbədi dostluq sazişi” nədir?

Lukaşenkodan Mehriban Əliyevaya təbrik məktubu...

Putin Mehriban Əliyevanı təbrik etdi

Zelenski İlham Əliyevə təşəkkür etdi

Azərbaycan-Özbəkistan əməkdaşlığı buna xidmət edir

Prezident niyə Buxaraya da səfər etdi?

Prezidentin Özbəkistan səfəri ilə bağlı - Videoçarx

İlham Əliyevin Özbəkistana səfəri başa çatdı - Video

Prezidentin Özbəkistan səfəri: Əbədi dostluq…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla