Yuxarı

Böyük xərclər başlayır: onları qarşılamaq üçün... - Ekspert

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Böyük xərclər başlayır: onları qarşılamaq üçün... - Ekspert

Həftəsonu karantin rejiminin sərtləşdirilməsi ölkə iqtisadiyyatına təsirsiz ötüşməyəcək. Bu ilin sonuna qədər ÜDM 4-4.5% azala bilər.

Bu fikirləri Axar.az-a açıqlamasında ekspert Natiq Cəfərli son zamanlar ölkədə pandemiyaya yoluxanların sayının kəskin artması səbəbi ilə həftəsonları karantin rejiminin sərtləşdirilməsi və bunun iqtisadiyyatımıza təsiri haqda danışarkən deyib.

“Son bir ay ərzində ölkədə virusa yoluxanların sayında artım dinamikasının kəskin artması karantin rejiminin yenidən sərtləşməsinə gətirib çıxardı. İstənilən halda həftəsonları qapanmalar iqtisadiyyata təsir edəcək”, - o bildirib.

Ekspertin sözlərinə görə, Ordumuzun əks-hücum əməliyyatı uğurla başa çatdı, Vətən torpaqlarının böyük hissəsi işğaldan azad edildi, deməli, gələn ilin büdcəsində torpaqların təhlükəsizliyinin təmin edilməsi, minalardan təmizlənməsi və infrastruktur layihələri üçün əlavə ciddi vəsaitə ehtiyac yaranacaq:

“Əgər 2021-ci il büdcəsinin xərc hissəsi 10-15% artacaqsa, deməli, gələn il Neft Fondundan 4-5 mlrd. əlavə pul götürülməlidir, yəni Fonddan azı 17 mlrd. manat pul çıxmalıdır ki, bu da indiki məzənnə ilə 10 mlrd. dollar edir. 2021-ci ildə Fond ən yaxşı halda 8 mlrd. manat qazanacaq. Deməli Fondun 2021-ci il kəsri 9 mlrd. manat səviyyəsində olacaq ki, bu da çox böyük rəqəmdir. Bir sözlə, bütün yükü Fondun üzərinə yıxsaq, bu, dayanaqlı model olmayacaq.

Yüngül devalvasiyaya gedib (15-20%) Fondun dollar ehtiyatlarına bir az qənaət etmək lazımdır. Paralel olaraq ucuz manatdan da istifadə edib işlək, rəqabətli iqtisadi model qurulmalıdır. Başqa yol görmürəm. Biz işğaldan azad edilən torpaqların bərpasını və yeni şəhər-qəsəbələrin salınmasını yaxın 5-10 il üçün iqtisadi artımın əsas lokomotivinə çevirməliyik. Bunun üçün isə tək Neft Fondu kifayət deyil”.

Tarix
2020.11.24 / 15:07
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Türkiyədə işlənən sözlərdən niyə qaçırıq?

Ruben Vardanyanın maliyyə şəbəkələri ilə bağlı yeni faktlar

Rüstəmxanlıdan gənclərə: Bu cür yaşayın!

AzTV İranın bu hücumlarına cavab verəcək - Video

Erməni separatçılarının məhkəməsi keçirildi

Ukrayna daha bir ölkə ilə savaşa girdi - Səbəbi...

İstanbul və Qarsdakı baş konsullar geri çağırıldı - Yeni təyinat

Biz çıxırıq, Azərbaycan isə sürətlə... - Çarukyan

Tokayev bunu Putinin üzünə dedi və imtina etdi

Bu ölkə Azərbaycana fəxri konsul təyin etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla