Yuxarı

“Şimal-Cənub” layihəsi ilə bağlı işlər başa çatdı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Şimal-Cənub” layihəsi ilə bağlı işlər başa çatdı

Pandemiya dövründə sərnişin daşımalarında məhdudiyyətə baxmayaraq, Azərbaycanda yük daşımaları, o cümlədən “Şimal-Cənub” nəqliyyat dəhlizi ilə daşımalar müntəzəm həyata keçirilir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən (NRYTN) Axar.az-a verilən məlumata görə, planlaşdırılmış layihələrin başa çatmasından və “Şimal-Cənub” nəqliyyat dəhlizi ilə yük daşımalarının həcminin artırılmasından sonra bir sıra ölkələrin, o cümlədən Mərkəzi və Cənub-Şərqi Asiya ölkələrinin layihəyə qoşulması istisna olunmur.

“Şimal-Cənub” nəqliyyat dəhlizi çərçivəsində Azərbaycan-İran sərhədində avtomobil körpüsünün tikintisi planlaşdırılır. Tikinti bir il ərzində həyata keçiriləcək.

Nazirlikdən onu da bildiriblər ki, hazırda Bakı-Quba-Rusiya dövlət sərhədi yolunun tikintisi davam edir. Bunun 2021-ci ilin sonunadək başa çatdırılması nəzərdə tutulur:

“Azərbaycan “Şimal-Cənub” layihəsinin reallaşdırılması ilə bağlı öz ərazisindəki bütün işləri başa çatdırıb. Bu layihə regionda əməkdaşlıq üçün yaxşı perspektivlər açır və Hindistan, Pakistan, İran və Fars körfəzinin digər ölkələrindən Şimali və Qərbi Avropa ölkələrinə, eləcə də əks istiqamətdə yükdaşıma müddət və məsafəsini əhəmiyyətli dərəcədə azaldır”.

Tarix
2020.12.02 / 09:25
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevin Anım Günü ilə bağlı paylaşımı

Türkiyədə Azərbaycanı düşmən sayanların sayı... - Nə baş verir?

Türk fenomen Azərbaycanı qınayanları susdurdu - Video

İlham Əliyevin Formula-1-lə bağlı paylaşımı - Video

Keçmiş deputat vəzifədən azad edildi

Biz bu sistemə sadiq qalırıq - Ceyhun Bayramov

İlham Əliyev bu tədbirdə iştirak etdi - Video

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

İlham Əliyev Məhəmməd Ben Sulayem ilə görüşdü

Əli Əsədov suriyalı nazirlə görüşdü - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla