Yuxarı

Azərbaycan ən yaxşı investisiya məkanıdır - LP

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan ən yaxşı investisiya məkanıdır - LP

Böyük Britaniyanın nüfuzlu "London Post" (The London Post) qəzeti “Azərbaycan ən yaxşı investisiya məkanıdır” başlıqlı yazı dərc edib.

Axar.az xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlının müəllifi olduğu yazıda bildirilir ki, son 15 ildə iqtisadiyyatını üç dəfə böyüdən Azərbaycanın qarşıdakı 10 illikdə daha iki dəfə böyümə hədəfi var.

“Dünya investisiya hesabatı - 2020”-də 2014-2019-cu illərdə ən çox birbaşa xarici sərmayə cəlb edən TOP-3 keçid ölkəsindən biri kimi qiymətləndirilən Azərbaycan, həm də “Doing Business” hesabatında ən islahatçı 10 ölkədən biridir. Regionda dördüncü sənaye inqilabının ilk mərkəzini yaradan və davamlı inkişaf indeksinə görə lider olan Azərbaycanda əlverişli biznes mühiti, təklif edilən özəlləşdirmə gündəliyi və dövlət-özəl əməkdaşlığı imkanları, həmçinin Qarabağda bərpa prosesi yeni investisiya dalğası yaradacaq. Azərbaycanın müəllifi olduğu yeni regional arxitektura, kommunikasiya və iqtisadi əlaqələrin bərpası bölgənin sərmayə cəlbediciliyini artırıb.

V.Qasımlı məqalənin yekununda bildirib ki, dünyada ÜDM-ə nisbətdə ən az xarici borca və ən çox strateji ehtiyatlara, həmçinin sabit valyuta və aşağı inflyasiyaya malik olan Azərbaycanda xarici sərmayələr üçün təşviqlər və qarantiyalar mövcuddur.

“The London Post” qəzetində dərc olunun məqalə ilə bu link vasitəsi ilə tanış ola bilərsiniz.

Tarix
2021.01.28 / 12:12
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın aldığı qırıcı nələrə qadirdir?

Təcili: Ermənistan bu ölkədən bu qırıcıları aldı - Video

Türkiyə-Azərbaycan gərginliyini kim yaradır? - Video

Türkiyə bayrağının Azərbaycanda endirilməsi... - Türkiyə PA

Leyla Abdullayeva Bricit Makronla görüşdü

İsveç səfiri Hikmət Hacıyevlə görüşdü

MM sədri TÜRKPA-nın iclasında çıxış etdi

Səudiyyənin Türkiyə və Pakistandan gözləntiləri artır

Paşinyan işğal siyasətindən əl çəkməyib – Bu da sübut

Baxçalı yenə türk birliyi mesajı verdi: Ankarada...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla