"Bu günə qədər Azərbaycan və Gürcüstan ərazisindəki boru
xətlərinə və "Şahdəniz-2" layihəsinə 12 milyard dollar investisiya
yatrılıb və işin 30 faizi artıq görülüb".
Axar.az xəbər verir ki, bu açıqlama ilə SOCAR vitse
prezidentinin müavini Vitali Bəylərbəyov çıxış edib. Onun sözlərinə
görə, heç bir şey Cənub Qaz Dəhlizi layihəsinin reallaşdırılmasını
dayandırmayacaq:
"Layihə yanlız imzalanmış sənədlər toplusu deyil. Söhbət artıq
investisiya edilmiş milyardlardan gedir. "Şahdəniz-2" layihəsi
çərçivəsində qaz hasilatına başlanması üçün son tarix 2018-ci
ildir. Həmin ildə qaz Türkiyəyə, Əskişəhərə tədarük ediləcək. Bizim
Yunanıstan, İtaliya və Bolqarıstandakı müştərilərimiz qazı 2020-ci
ilin əvvəlində almağa başlayacaqlar".
Qeyd edək ki, "Cənub qaz dəhlizi" layihəsi Mərhələ 2
çərçivəsində hasil ediləcək Azərbaycan qazının Türkiyə vasitəsilə
Avropaya nəql etmək üçün boru kəməri infrastrukturunun
yaradılmasını nəzərdə tutur.
Layihənin dəyəri $45 milyard, əsas komponentləri: Şahdənizin
Mərhələ 2 layihəsi, Cənubi Qafqaz boru kəmərinin
Bakı-Gürcüstan-sərhəd Türkiyəyə qədər olan hissəsinin genişlənməsi,
Türkiyənin şərq sərhədindən qərb sərhədinə qədər Trans-Anadolu qaz
kəmərinin (TANAP) tikintisi, Yunanıstan, Albaniya və Adriatik
dənizini cənubi İtaliya ilə birləşdirəcək TAP boru kəməridir.