Yuxarı

SOCAR niyə yunan şirkətini ala bilmir?

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
SOCAR niyə yunan şirkətini ala bilmir?

"SOCAR-ın Yunanıstanın DESFA şirkətinin səhmlərinin 66%-nin alınması ilə bağlı fəaliyyətinə qısqanc münasibət var".

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı alim Vüqar Bayramov Yunanıstanın DESFA şirkətinin öz səhmlərinin 66%-ni SOCAR-a satmaq istəməməsi ilə bağlı məsələni şərh edərkən söyləyib. Onun sözlərinə görə, SOCAR artıq Avropa bazarında özünü etibarlı tərəfdaş kimi tanıdıb:

"Yunanıstan tərəfi Azərbaycan şirkətinin sözügedən səhmlərin böyük hissəsinə sahib olunmasında maraqlı deyil. SOCAR-ın o səhmlərin 66%-ni almaq istəməsi başa düşüləndir. Çünki 66%-i almaqla SOCAR qərarların qəbul edilməsinə birmənalı şəkildə təsir imkanına malik olacaq. Amma indiki məqamda səhmlərin 50%-dən aşağısının SOCAR-a təklif olunması Azərbaycan şirkətinin söz sahibi olmasına yaradılan maneədir. Nəzərə almaq lazımdır ki, SOCAR-la Yunanıstan arasında aparılan danışıqlar xeyli müddət əvvəl başlayıb.

Əslində isə Yunanıstan SOCAR-ın sözügedən səhmləri almasında maraqlı olmalıdır. Çünki SOCAR artıq Avropa bazarında özünü inanılmış tərəfdaş kimi təsdiq edib. Rusiyanın Yunanıstanda olan marağı gözləniləndir. Belə ki, SOCAR-dan əvvəl də Rusiya tərəfi sözügedən səhmlərin alınmasında maraqlı idi. Burada əsas məqsəd səhmlərin bir hissəsini Rusiyaya və ya digər ölkəyə satmaq deyil. Əsas məqsəd xarici şirkətlərin sözügedən səhmlərin 50 faizdən yuxarısını almasına imkan verməməkdir. Əslində SOCAR-ın Yunanıstandakı anlaşmalarının uzun müddət Avrokomissiya tərəfindən təsdiq edilməməsi ondan xəbər verir ki, SOCAR-ın Yunanıstandakı səhmlərin alınması ilə bağlı fəaliyyətinə qısqanc münasibət təkcə Yunanıstanda deyil. Yunanıstanın indiki məqamda sərmayələrə ciddi ehtiyacı var, amma çox təəssüf ki, SOCAR-ın mövqeyinin Yunanıstanda möhkəmlənməsini praktik olaraq qəbul etməyən tərəflər mövcuddur".

Tarix
2015.06.05 / 08:45
Müəllif
Ülkər Cəfərova
Digər xəbərlər

Pənah Hüseyn partiya sədrliyindən istefa verdi

ABŞ-ın Ankara və Bakı ilə bağlı yeni planı: Rusiya ilə birləşir

Ceyhun Bayramov pakistanlı həmkarı ilə görüşdü

Qazimiz də rus ordusuna qoşuldu: Qarşısını necə alaq?

Ramiz Mehdiyev bu iki nazirdən çəkinirdi

Eldar Mahmudova görə vəzifədən getdim - Eks-nazir

Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi

Rusiyada saxlanılan Niyaz Zahidov Azərbaycandan deport edilib

Səudiyyədə əmlak sahibi olmaq istəyənlərin diqqətinə!

Vardanyan barədə sənədli film hazırlandı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla