Azərbaycanın İlk Mobil
Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti
gələcək nəsil mobil texnologiyalar sahəsində dünya lideri olan
"Qualcomm" şirkəti ilə birgə əməkdaşlıq çərçivəsində 2014-cü ilin
sentyabr ayında start verilmiş "AppLab" innovativ mobil developer
layihəsinin ilk iki məzun komandası tərəfindən yaradılmış mobil
tətbiqləri böyük məmnuniyyətlə təqdim edir.
Şirkətdən Axar.az-a verilən məlumata görə, birinci mobil tətbiq
Bethclip adlanır (https://bethclip.com). Bethclip istənilən
kontenti (mətn, şəkil, media, fayl) istənilən platformalar
(Android, iOS, Windows, Mac OSX) arasında bir cihazdan digərinə bir
kliklə ani olaraq köçürmək imkanı yaradır.
Bethclip mobil tətbiqini Android platformalı cihazlar üçün
Google Play Store daxil olaraq
https://play.google.com/store/apps/details?id=com.bethclip.android
linkindən, Apple Store-dan isə
https://itunes.apple.com/us/app/bethclip-clipboard-sync/id957669022
linkindən yükləmək olar. Mübadilə buferinin ani sinxronlaşdırılması
xassəsinə malik olan bu tətbiq gündəlik işlərimizə rahatlıq və
komfort gətirə biləcək birklikli inqilabi həllərdən biridir.
Gənc məzunlar komandası tərəfindən təqdim olunan daha bir
maraqlı ideya xərcim.az mobil tətbiqidir (Http://xercim.az).
Xərcim.az layihəsi hal-hazırda bazarda mövcud olan bütün endirim,
bonus, kupon və ümumilikdə loyallıq sistemlərini bir yerdə
toplayaraq, həmin sistemlər, istifadəçilərə verilən üstünlüklər,
xüsusi və toplu təkliflər, qənaət etmə yolları və tərəfdaşlar
haqqında məlumat bazasından ibarət mobil tətbiq və proqram
təminatıdır. Xərcim.az mobil tətbiqini Google Play Store daxil
olaraq https://play.google.com/store/apps/details?id=az.xercim
yükləmək olar.
"AppLab" ideyaların, mobil tətbiqlərin və texnologiyaların pilot
variantından istifadəyə buraxılan tam hazır varianta qədər
çatdırılmasında seçilmiş developerlərə kömək etmək üçün nəzərdə
tutulan sürətləndirilmiş icra modelidir. Bu layihənin məqsədi
sahibkarların və proqram tərtibatçılarının öz ideyalarını daha
sürətlə həyata keçirmələrinə və Azərbaycan və beynəlxalq bazarlar
üçün istifadəyə tam hazır mütərəqqi mobil tətbiqlərini
yaratmalarına kömək edən effektiv alətlərin təmin edilməsidir.
"Belə bir qısa müddət ərzində Applab layihəsinin ilk bəhrələrini
görmək bizim çox xoşdur. Dünya üzrə smartfon bazarının artım
templəri ilə bərabər mobil tətbiqlərin istifadəsi də artmaqdadır.
Azərbaycan bazarında smartfon istifadəçilərinin artan tələbatlarını
təmin etmək üçün Bakcell developerlərə dəstək məqsədini daşıyan
Applab layihəsini təqdim edib. Bununla yanaşı, bu yaxınlarda
Bakcell şirkəti öz Rouminq və Ulduzum mobil tətbiqlərini də
istifadəyə verib və bu tətbiqlər yerli bazarda ən çox istifadə
olunan tətbiqlərin ilk 10-luğuna daxildir. Biz inanırıq ki, Bakcell
şirkətinin dəstəyi ilə yaradılan Bethclip və xercim.az tətbiqləri
çox uğurlu olacaq və yaxın gələcəkdə biz daha çox Applab
layihələrini təqdim edə biləcəyik", Bakcell şirkətinin Baş icraçı
direktoru cənab Riçard Şirer bildirib.
2014-cü ilin sentyabr ayından indiyə kimi Applab layihəsində
iştirak etmək üçün 102 ərizəçi qeydiyyatdan keçib. Seçilmiş 56
namizəd arasından təqdim olunmuş 25 ideyadan 15-i Applab İdarə
heyəti tərəfindən bəyənilib və onlardan 6-sı proqramda iştirak
etmək hüququnu qazanıblar.
Layihə çərçivəsində gənc proqramçılar Bakcell şirkətinin Sahil
ofisində istifadəyə verilmiş Bakcell/Qualcomm Applab ofisindən
istifadə edərək, pulsuz internet, ofis və təlimlər üçün nəzərdə
tutulmuş məkandan və mühitdən, eyni zamanda məhsullarını sınamaq
üçün ən müasir mobil telefon və planşetlərdən yararlanırlar.
Bakcell və Qualcomm şirkətləri tərəfindən təşkil olunmuş
ekspertlər komandası gənc proqramçıları lazımi konseptual, dizayn
və kommersiyalaşdırma yönümlü vərdiş və biliklərlə təmin edərək,
onların yaratdıqları mobil tətbiqlərin yerli və beynəlxalq
bazarlarda tanıtdırılmasına kömək edir.
AppLab layihəsində iştirak etmək üçün gənc developerlər sadəcə
http://goo.gl/6nrfkF linkinə daxil olub qeydiyyatdan keçməli və
yaxud öz tərcümeyi-hallarını (CV) və ideyalarının təsvirini bu
ünvana göndərməlidirlər: [email protected]
***
Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet
Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri
istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@
ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil
internet xidməti göstərir.
Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan
Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan
resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə
sərmayə yatırmaqda davam edir.
Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni
(işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar
sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni
əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli
mobil internet xidmətləri ilə təmin edir.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat
əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə
daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün
www.bakcell.com/az/news (və ya İngilis dili üçün
www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng
etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə
bilərlər.