Yuxarı

MN nümayəndə heyəti Yaşar Gülərlə görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
MN nümayəndə heyəti Yaşar Gülərlə görüşdü

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin nümayəndə heyəti Türkiyə Respublikasının Ankara şəhərinə səfər edib.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində nazirliyin Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsi rəisinin müavini - Hərbi Polis İdarəsinin rəisi general-mayor Elgün Əliyev Türkiyə milli müdafiə naziri Yaşar Gülerlə görüşüb. Görüş zamanı tərəflər ölkələrimiz arasında olan dostluq və qardaşlıq əlaqələrinin hərbi polis sistemində də uğurla inkişaf etdiyini vurğulayıblar.

Proqrama uyğun olaraq nümayəndə heyəti Türkiyə Xüsusi Təyinatlı Qüvvələrin Komandanı və Xüsusi Təyinatlı Məktəbin rəisi ilə görüşüb. Görüşlərdə general-mayor E.Əliyev hərbi polis sisteminin inkişafında göstərdikləri dəstəyə görə minnətdarlığını ifadə edib.

Sonra nümayəndə heyəti Türkiyə Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələrinin nəzdində Azərbaycan Hərbi Polisinin "Yaxın Qoruma" bölməsi üçün təşkil olunan qoruma kursunun təlim-tədris prosesi ilə tanış olublar.

Daha sonra Ankara Mərkəzi Komandanlığını ziyarət edən qonaqlara mərkəzi komandanlığın gündəlik fəaliyyəti və tətbiq olunan idarəetmə sistemləri haqqında brifinq təqdim olunub.

Səfərin yekununda Azərbaycan nümayəndə heyəti "Yaxın Qoruma" kursunun təntənəli bağlanış mərasimində iştirak edib. Mərasimdə hərbi qulluqçular kurs zamanı əldə etdikləri nəzəri və praktiki vərdişləri nümayiş etdiriblər.

Sonda kursu uğurla başa vuran hərbi polis nümayəndələrinə sertifikatlar verilib, hədiyyələr təqdim olunub.

Tarix
2026.07.20 / 20:59
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin Naxçıvanda Heydər Əliyevlə bağlı sözləri - Video

Almaniya Rusiya ərazisində əməliyyatlar keçirmək istəyir

Bu yol demək olar hazırdır - İlham Əliyev

Prezident: Avropaya elektrik enerjisi ilə çıxmaq istəyirik

Bu üç bölgə inzibati cəhətdən birləşdirilir - Prezident

Azərbaycan, ABŞ və Ermənistan diplomatlarının görüşü oldu

Şuşa azad olunanda Putin... – Əliyevdən diqqətçəkən sözlər

Göstəriş verildi, 217 avtobus alınacaq - Əliyev

Sabah bununla bağlı sərəncam imzalayacam - Prezident

İlham Əliyev Naxçıvanda sosial evlərin təməlini qoydu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla