Yuxarı

Nazirlikdən ilk yerli sosial şəbəkəyə dəstək

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirlikdən ilk yerli sosial şəbəkəyə dəstək

Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Azərbaycanın ilk milli sosial şəbəkəsi olan MyDay.az-a dəstək gəlib.

Axar.az xəbər verir ki, sosial şəbəkənin təsisçisi Elvin Abbasovun nazirliyə ünvanladığı milli resursların tanıdılması, təbliğ və təşviqi məqsədiyə əməkdaşlıq istəyinə nazirlikdən rəsmi cavab gəlib.

Məktubda informasiya cəmiyyətinin inkişafı şəraitində milli kontentin genişləndirilməsinə, zənginləşdirilməsinə və inkişafına, əhalinin ondan müasir texnologiyalar vasitəsilə istifadəsinə və bilik səviyyəsinin artırılmasına xidmət edən internet resursların yaradılmasının RYTN tərəfindən müsbət qarşılandığı bildirilir.

Məktubda eyni zamanda, ehtiyac duyulduğu təqdirdə "MyDay.az" saytının təhlükəsizliyinin təşkili, dizayn və proqram kodları ilə bağlı məsələlərlə əlaqədar RYTN-nin müvafiq mərkəzlərinin xidməti təklifi edilir.

Qeyd edək ki, ölkənin ilk milli sosial şəbəkəsi olan "MyDay" 7 fevral 2015-ci il tarixindən etibarən istifadəyə verilib. Qısa müddət ərzində sosial şəbəkə 10 mindən çox istifadəçini özünə cəlb etməyi bacarıb. Layihənin əsas hədəfi Azərbaycanda milli internet resursları yaradaraq sərmayənin milliləşməsinə xidmət etməkdir.

Tarix
2015.07.01 / 16:24
Müəllif
Axar.az
Digər xəbərlər

Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturu...

Böyük Qayıdışın təhlükəsiz həyata keçirilməsi üçün...

MHP-dən Azərbaycan açıqlaması: Xəzərlə Aralıq ayrılmaz!

Azərbaycanın təcrübəsi bu dövlətlər üçün faydalı ola bilər

Bakıya kimlər gəldi və gələcək? - Siyahı

Prezident onlara müraciət ünvanladı

İran və Türkiyədən Azərbaycana trol hücumları...

Hindistanın XİN rəhbəri Azərbaycana gəldi

Ankarada Azərbaycanı “xilafət”ə çağırdılar - Video

AKP-nin böyük yanlışı: Bakıya X-də söz atmaq...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla