Yuxarı

Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi artdı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi artdı

2021-ci ilin iyununda Türkiyə ilə Azərbaycanın ticarət dövriyyəsi 231,617 milyon dollar təşkil edib ki, bu da ötən ilin iyunu ilə müqayisədə 68,503 milyon dollar çoxdur.

Axar.az Trend-ə istinadla xəbər verir ki, 2021-ci ilin iyununda Türkiyədən Azərbaycana ixrac 186,543 milyon dollar, Azərbaycandan idxal isə 45,074 milyon dollara bərabər olub.

Statistikaya əsasən, bu ilin yanvar-iyun aylarında Türkiyə ilə Azərbaycanın ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 360,926 milyon dollar artaraq 1,327 milyard dollar təşkil edib.

Hesabat dövründə Türkiyədən Azərbaycana ixrac 1,018 milyard dollar, Azərbaycandan idxal isə 309 milyon dollara bərabər olub.

Qeyd edək ki, 2020-ci ildə Türkiyə ilə Azərbaycanın ticarət dövriyyəsi 2019-cu illə müqayisədə 187,296 milyon dollar artaraq 2,221 milyard dollar təşkil edib.

İl ərzində Türkiyədən Azərbaycana ixrac 1,855 milyard dollar, Azərbaycandan idxal isə 366 milyon dollara bərabər olub.

Tarix
2021.08.03 / 00:33
Müəllif
Axar.az
Digər xəbərlər

Əminə Ərdoğan Mehriban Əliyevanı təbrik etdi

Matviyenko Mehriban Əliyevaya zəng etdi

Zəhra Pezeşkian Mehriban Əliyevanı təbrik etdi

Ziroatxon Mirziyayeva Mehriban Əliyevaya zəng etdi

Azərbaycan XİN Pakistana başsağlığı verdi

İranla danışıqlar çıxılmaz vəziyyətdədir - Əbdülfati

Şövkət Mirziyayev Mehriban Əliyevanı təbrik etdi

Qərbin silah nəhəngləri ilk dəfə Bakıda

Laçının azad edilməsi tarixi ədalətin təntənəsi idi

Qapımız həmişə qardaş Azərbaycana açıqdır - Mirziyayeva

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla