Yuxarı

İşçiləri ixtisara salan şirkət rəhbərliyi geri çəkildi - Video

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
İşçiləri ixtisara salan şirkət rəhbərliyi geri çəkildi - Video

"Qum adası" və "Bahar" yataqlarında neft hasilatı ilə məşğul olan "Bahar enerji" əməliyyat şirkətinin ixtisar edilərək işdən çıxarılmasına qərar verən əməkdaşları bu gün rəhbərlik tərəfindən qəbul edilib.

Şirkətin rəhbəri Əmir Mahmudzadə xüsusilə qaçqın, dul, öhdəsində azyaşlı uşağı olan qadınları işə bərpa edəcəyinə söz verib. Təxminən 50 nəfər qadin işçi yenidən işə bərpa edilmək haqqında ərizə yazaraq şirkətə təqdim edib. Ötən gün isə ixtisarlara etiraz olaraq işçilərin aksiya keçirməsi barədə xəbər yayılmışdı.

Mətbuatda hətta 3 min əməkdaşın işini itirməsi haqqında xəbərlər var. "Bahar enerji" şirkətinin rəhbərliyi mətbuatın qarşısına çıxmasa da, bizə açıqlamasını təhlükəsizlik xidməti əməkdaşları vasitəsilə çatdırdı. Əmir Mahmudzadənin adından verilən məlumata görə, şirkət cəmi 147 nəfərlə əmək müqaviləsinə son qoyub. Onlara da 6 aylıq əmək haqqı məbləğində kompensasiya verilib. Ümumilikdə "Bahar enerji" də cəmi 1100 nəfərin çalışdığını deyən rəhbərlik mətbuatda səslənən rəqəmlərin yalnış olduğunu bildirdi.

Xatırladaq ki, "Bahar enerji" şirkətinin səhmlərinin 66,7%-i iş adamı Hafiz Məmmədovun sahibi olduğu "Bağlan qrup" a məxsusdur. (ANS)

Tarix
2014.01.07 / 23:20
Müəllif
Axar.az
Digər xəbərlər

İƏT Azərbaycanla bağlı 4 qətnaməni yenilədi

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla