Yuxarı

SOCAR-ın Türkiyəyə yatırdığı sərmayənin həcmi açıqlandı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
SOCAR-ın Türkiyəyə yatırdığı sərmayənin həcmi açıqlandı

Bu günə qədər “SOCAR Terminal”, “Petkim”, “Star” Neft Emalı Zavodu (NEZ) və TANAP daxil olmaqla investisiya xərcləri 16,5 milyard dolları keçib.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi “SOCAR Turkey Enerji A.Ş”-nin baş icraçı direktoru Zaur Qəhrəmanov deyib.

O, layihənin investisiya xərcləri barədə məlumat verib:

“Star” NEZ 6,3 milyard dollar, Depolama 600 milyon dollar, SOCAR Konteyner Terminalı 400 milyon dollar, “Petkim” özəlləşdirməsi 2 milyard 40 milyon dollar və əlavə olaraq hər il təxminən 100 milyon dollar olmaqla ümumilikdə 1 milyard dollar investisiya, TANAP 6,5 milyard dollar xərcləyib.

“Star” NEZ Türkiyənin İlk Strateji İnvestisiya Təşviq Sertifikatına sahibdir. Ümumilikdə 6,3 milyard dollar olan layihə investisiya dəyərinin 3,3 milyard dolları layihə maliyyələşdirmə krediti hesabına təmin edilmişdi. NEZ-in istismar çevikliyi, səmərəliliyini və logistika qabiliyyətini daha da inkişaf etdirmək üçün həyata keçirilən əlavə investisiyalarla birlikdə ümumi investisiya məbləğinin 7 milyard dollar olacağı gözlənilir.

Hazırda “Star” NEZ-də təxminən 1150 nəfər işləyir”.

Tarix
2021.11.30 / 12:36
Müəllif
Axar.az
Digər xəbərlər

Hacıyev “Türkiyə”yə danışdı: İran böhranı ilə bağlı baxışımız...

Bakıdan imtina edən Talebə Kırıkovalıdan cavab

Ordumuzla üzbəüz mövqedə nələr var? - Erməni hərbçi

Rusiya azərbaycanlı diasporun obyektini məhv etdi - Foto

İrəvandan müsbət siqnallar: Referenduma gediləcəkmi?

Bu gün Azərbaycan Hərbi Donanması Günüdür

Azərbaycana qardaş ölkə “rəqiblə” dost olur - Səbəb

Bu ölkə Azərbaycanda səfirlik açır - Tarix

Bayramovdan TRİPP layihəsi ilə bağlı mühüm açıqlama

SOCAR-ın YDM-lərindən istifadə edirəm – ATƏT sədri

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla