Yuxarı

Əmlak vergisi üzrə vergitutma bazası genişləndirilir

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əmlak vergisi üzrə vergitutma bazası genişləndirilir

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Məcəlləsində edilmiş dəyişikliklər və onların əsaslandırılmasını ictimaiyyətin diqqətinə çatdırmaqda davam edir. Məcəllədə edilmiş növbəti dəyişiklik əmlak vergisi üzrə vergitutma bazasının genişləndirilməsi ilə bağlıdır. Dəyişikliyin əsas məzmunu fərdi sahibkarların balanslarında olan daşınar əsas vəsaitlərin əmlak vergisinə cəlb edilməsi və dövlət büdcəsinə ödənilməsindən ibarətdir.

Dövlət Vergi Xidmətindən Axar.az-a bildirilib ki, mövcud vergi qanunvericiliyinə əsasən, fiziki şəxslər öz mülkiyyətində olan daşınmaz əmlaklara görə əmlak vergisini Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada hesablayıb bələdiyyə büdcəsinə ödəyirlər.

Lakin hüquqi şəxslərdən fərqli olaraq, fərdi sahibkarlar balanslarında olan daşınar əsas vəsaitlərə görə əmlak vergisinin ödəyicisi deyillər. Vergi Məcəlləsində edilmiş son dəyişikliklə fərdi sahibkarlarla hüquqi şəxslərin əmlak vergisi üzrə vergitutma obyektlərinin bərabərləşdirilməsi nəzərdə tutulub.

Belə ki, 2022-ci il yanvarın 1-dən etibarən fərdi sahibkarlar balanslarında olan daşınar əsas vəsaitlərə (sahibkarlıq fəaliyyətində istifadə olunmayan minik avtomobilləri istisna olmaqla) görə əmlak vergisini hesablayaraq dövlət büdcəsinə ödəməlidirlər. Fərdi sahibkarlar tərəfindən əmlak vergisinin hesablanması, bəyan edilməsi, ödənilməsi, o cümlədən cari vergilərin ödənilməsi, hesabatın təqdim edilməsi, habelə müvafiq vergi güzəştlərindən istifadə olunması hüquqi şəxslər üçün müəyyən edilmiş ümumi qaydada yerinə yetiriləcək. Bunun üçün hər hansı digər əlavə rejim tətbiq olunmur.

Tarix
2022.01.21 / 18:33
Müəllif
Axar.az
Digər xəbərlər

Səhiyyə sistemi yeni mərhələyə keçdi - TƏBİB

Hacıyev çinli nazirlə bu əməkdaşlığı müzakirə etdi

Palata QHT Agentliyində nələr aşkarladı? - Faktlar

Kamran Əliyev İran səfirini qəbul etdi - Foto

Bakının önəmli mərkəz qismində əhəmiyyəti artmaqdadır

İrəvanda Türkiyə bayrağı yandırıldı - Bakıdan reaksiya

Azərbaycan qlobal güc balansını dəyişə bilər – Almaniya KİV-i

Azərbaycandan keçməklə Ermənistana buğda göndərildi

“Telegraf” Türkiyədən üzr istədi – Nə baş verir?

5 gəmimiz AB-nin sanksiya siyahısından çıxarıldı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla