Yuxarı

Moody’s ABB-nin reytinqlərini yüksəltdi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Moody’s ABB-nin reytinqlərini yüksəltdi

Moody’s beynəlxalq reytinq agentliyi ABB-nin reytinqlərinə yenidən baxaraq Bankın əsas kredit qiymətləndirilməsi (BCA) və depozit reytinqlərini yüksəldib. Belə ki, ABB-nin BCA reytinqi b2 səviyyəsindən b1-ə yüksəldilib. Bankın yerli və xarici valyutada uzunmüddətli depozit reytinqi B1 səviyyəsindən Ba3 səviyyəsinə qədər artırılıb. ABB-nin uzunmüddətli depozit reytinqinin proqnozu isə “Stabil” qiymətləndirilib.

Axar.az xəbər verir ki, bankın reytinqlərindəki müsbət dəyişikliklər, əsasən, Azərbaycanın suveren reytinqinin yüksəlməsi, habelə ABB-nin güclü kapital adekvatlığı göstəriciləri, aktivlərinin orta risk dərəcəsi, yüksək likvidlik balansı ilə bağlıdır. Bank xarici təsirlər qarşısında güclü kapital buferinə malikdir. Uzunmüddətli depozit reytinqinin artırılması ABB-nin müsbət ödəmə qabiliyyəti ilə əlaqədardır.

Moody’s agentliyi ölkədə getdikcə artan ümumi iqtisadi fəallıq fonunda bankların, o cümlədən ABB-nin biznes imkanlarının daha da yaxşılaşmasını, gəlirliliyinin artmasını proqnozlaşdırır. Rəydə o da qeyd edilir ki, maliyyə mövqeyinin davamlı inkişafına paralel olaraq ABB-nin reytinqləri daha da yaxşılaşdırıla bilər.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Feysbuk səhifəsindən əldə etmək olar.

Tarix
2022.08.09 / 16:00
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıya uçan təyyarə təcili eniş etdi

Jalə Bədirova "Yeni Klinika"da yüksək vəzifəyə təyin olundu

Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir?

Kobaxidzedən Əliyevin Naxçıvanda verdiyi mesajlara reaksiya

Zelenski azərbaycanlı hərbçiləri təltif etdi

İran prezidenti ilə bağlı şok faktlar: Bunlardan məhrumdur!

Əliyevin Zəngəzur dəhlizi ilə bağlı fikirləri Türkiyə mediasında...

İlham Əliyevin Naxçıvan səfəri: Strateji dönüş nöqtəsi...

Azərbaycan ABŞ-ın köməyinə ümid edir - Səfir

Prezidentin Naxçıvanda Heydər Əliyevlə bağlı sözləri - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla