Yuxarı

Şimal-Cənub dəhlizi müzakirə olunacaq - Astarada

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şimal-Cənub dəhlizi müzakirə olunacaq - Astarada

Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi ilə bağlı işlərin gedişi müzakirə olunacaq.

Axar.az xəbər verir ki, Azərbaycanın Lənkəran və Astara, İranın Astara şəhərlərində Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizində aparılan işlərin gedişi ilə bağlı görüşlər planlaşdırılır. 9-10 oktyabr tarixlərində baş tutacaq görüşlərdə hər iki tərəfdən əlaqələndirilmiş işin təşkili, yaradılacaq infrastruktur barədə müzakirələr aparılacaq. Həmçinin, dəhlizin Astara (Azərbaycan) - Astara (İran) hissəsinə baxış keçiriləcək.

Görüşlərdə Azərbaycan tərəfindən İqtisadiyyat və Sənaye naziri ilə yanaşı, Xarici İşlər və Nəqliyyat nazirliklərinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Dəmir Yolları QSC-nin, İran tərəfindən aidiyyəti qurumların yüksək səviyyəli şəxslərinin iştirakı nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycan ilə İran arasında iqtisadi, ticarət, humanitar əməkdaşlıq üzrə Şahin Mustafayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti 3-4 avqustda İranda səfərdə olmuşdu. Səfər çərçivəsində Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin fəaliyyətinin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması istiqamətində müzakirələr aparılmışdı. Həmçinin, Hökumətlərarası Komissiya həmsədrlərinin rəhbərliyi ilə Azərbaycan və İran nümayəndə heyətlərinin görüşünün keçirilməsi barədə razılıq əldə olunmuşdu.

Tarix
2015.10.02 / 16:48
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Ərdoğanın Azərbaycana qarşı çıxan müşaviri istefa verir? - Təcili

Fransa niyə “dağılır”? - Alov Avropanı bürüyəcək

İlham Əliyev Tokayevi təbrik etdi

İrandan ABŞ-a yeni təklif: Hörmüzü açırıq, əvəzində...

1991-ci ildən sonra Rusiya ilə bağlı səhv etdik - Ruge

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla