Yuxarı

Bolqarıstan TANAP kəmərini Kremlə təklif edir

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bolqarıstan TANAP kəmərini Kremlə təklif edir

Bolqarıstan "Türk axını" kəmərinin bir hissəsinin Türkiyədən öz ərazisinə keçməsini Moskvaya təklif edəcək.

Axar.az xəbər verir ki, bunu Bolqarıstanın Energetika nazirinin müavini Anton Pavlov söyləyib. Onun sözlərinə görə, hazırda Bolqarıstan Yunanıstanla yeni interkonnektorun tikilməsi ilə bağlı müqavilə hazırlayır:

"Bu xətt Yunanıstanı gələcəkdə bizlə birləşdirəcək. Bizim təklifimiz ondan ibarətdir ki, rus qazı gələcəkdə Yunanıstan və Bolqarıstan arasında interkonnektordan və ya Türkiyədən birbaşa Bolqarıstana keçməklə Avropaya çata bilər".

Qeyd edək ki, Yunanıstan və Bolqarıstan arasındakı interkonnektorun tikintisi 2017-ci ilin sonuna qədər bitməlidir. Onun istifadəsi isə 2018-ci il üçün nəzərdə tutulur. O iki istiqamətdə qaz əldə etmək üçün istifadə ediləcək. Bunlardan birincisi, Yunanıstanın Kavala şəhərində yerləşən terminaldan sıxılmış qazın alınması, ikincisi isə TANAP kəmərindən gələn təbii qazın əldə edilməsi olacaq.

Tarix
2015.10.06 / 21:49
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

Lukaşenko Paşinyana işarə edərək Əliyevə nə dedi? - Video

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

İlham Əliyev Xəzər Ekoloji Sammitində çıxış etdi - Foto

Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək

Beynəlxalq konfransın iştirakçıları Şuşada...

Xəzərin səviyyəsinin aşağı düşməsinin səbəblərindən biri...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla