Yuxarı

Azərbaycanlı alim G20-yə qatılacaq

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanlı alim G20-yə qatılacaq

2015-ci ildə G20-yə ev sahibliyi edən Türkiyə qonaq ölkə kimi Azərbaycanı da toplantıya dəvət edib.

Axar.az xəbər verir ki, 20-dən artıq ölkə başçısının sədrlik etdiyi nümayəndə heyətlərinin iştirak edəcəyi planlaşdırılan toplantı daxilində T20 (Beyin iyirmilik) tədbirinin təşkil edilməsi nəzərdə tutulur. Tədbirdə Azərbaycanın ekspert cəmiyyətini İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) sədri Vüqar Bayramov təmsil edəcək.

Vüqar Bayramov saytımıza açıqlamasında bildirib ki, sözügedən toplantıda dünyanın aparıcı ölkələrini təmsil edən beyin mərkəzlərinin rəhbərləri iştirak edəcək:

"Nümayəndə heyətlərinin Beyin İyirmiliyin tədbirində iştirakı ilə yanaşı G20 çərçivəsində keçirilən bir sıra tədbirlərə qatılmaq imkanı da olacaq. Tədbirdə eyni zamanda, Azərbaycan Prezidenti Yanında Strateji Araşdırmalar Mərkəzi də iştirak edəcək".

İqtisadçı alim deyib ki, tədbir çərçivəsində qlobal innovasiya, dayanıqlı sənayeləşmədə yeni texnologiyaların rolu, qlobal maliyyə tənizmləmələri və s. qlobal əhəmiyyətli məsələlər müzakirə ediləcək:

"Qlobal beyin mərkəzlərinin gələcək fəaliyyətlərinin koordinasiyası ilə bağlı yeni platformanın hazırlanması və inkişaf etdirilməsi gözlənilir".

Məlumat üçün bildirək ki, iqtisadçı alimin tədbirdə iştirakı Azərbaycan Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurası tərəfindən dəstəklənir.

Qeyd edək ki, Böyük İyirmiliyin (G20) Zirvə Toplantısı bu il noyabrın 15-16-da Türkiyənin Antalya şəhərində təşkil ediləcək.

Tarix
2015.10.26 / 14:23
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

"Quardian"dakı Azərbaycanla bağlı məqaləyə rəsmi reaksiya

Putin onları yola salan kimi bu ölkəyə getdi

Putinin Bakıya gözlənilməz zəngi: Rusiya nə istəyir?

Qarabağda var-dövlət qazanan “generallar” həbs ediləcək

Putin İlham Əliyevə zəng etdi

Şahin Mustafayev Fərzanə Sadiqlə danışdı

Bakı İqlim Fəaliyyəti Həftəsi başladı

Paşinyanın erməni dilində çıxışı: Kreml bunu gözləmirdi

Hər kəs Trampın yeni saç düzümündən danışır - Foto

İsveç bu 18 yaşlı azərbaycanlıdan danışır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla