Azərbaycanın İlk Mobil
Operatoru və Aparıcı Mobil İnternet Provayderi "Baksell" şirkəti
daha geniş əhatə dairəsi və daha yüksək ötürmə qabiliyyətinə malik
ən etibarlı şəbəkə qurmaq üçün şəbəkənin yenilənməsi və
unifikasiyası layihəsi çərçivəsində həyata keçirdiyi genişmiqyaslı
işlərin başa çatdırıldığını elan edir.
Şirkətdən Axar.az-a verilən məlumata görə, bu layihə
Azərbaycanda və ümumiyyətlə, dünya üzrə simsiz rabitə sənayesində
indiyə qədər həyata keçirilmiş ən kompleks və mürəkkəb layihələrdən
biri hesab edilir. Layihənin həyata keçirilməsində "Baksell"
şirkətinin əsas məqsədi abunəçiləri keyfiyyət, sürət və sabitlik
baxımından ən üstün təcrübə ilə təmin etməkdir. "Baksell"
şirkətinin şəbəkəsi yeni və innovativ xidmətləri daha az istismar
xərcləri ilə dəstəkləyəcək. Şirkətin yenilənmiş şəbəkəsi
abunəçilərə daha yüksək sürətli (Azərbaycanda mövcud olan mobil
şəbəkələr arasında ən yüksək) internet xidməti vasitəsilə HD səs və
video kimi innovativ xidmətlər təqdim edəcək.
Son 24 ay ərzində şirkət öz mobil rabitə şəbəkəsini
müasirləşdirərək xüsusilə rayonlarda 3G baza stansiyalarının sayını
100% artırıb. Bu isə öz növbəsində şəbəkənin ötürücülük
qabiliyyətini 72% gücləndirib, 3G şəbəkəsinin əhatə dairəsi əhali
üzrə 14%, ərazi üzrə isə 27% genişləndirilib.
- Bu gün Azərbaycanda ən iri şəbəkəyə malik olan "Baksell"
şirkəti 5300-dən çox 2G, 3G və 4G baza stansiyaları sayəsində bütün
ölkə ərazisində, o cümlədən ən ucqar ərazilərdə "Baksell"
abunəçilərini yüksək keyfiyyətli mobil rabitə xidməti ilə təmin
edir.
- "Baksell" şirkəti üçün bölgələrdə əhatə dairəsinin
genişləndirilməsi olduqca vacibdir, buna görə də şirkət tərəfindən
xüsusi olaraq kənd yerlərində şəbəkənin əhatə dairəsini
genişləndirmək, penetrasiya göstəricilərini və müvafiq müştəri
təcrübəsini yüksəltmək üçün nəzərdə tutulmuş 275 3G baza stansiyası
quraşdırılıb.
- Müasirləşdirmə layihəsi çərçivəsində "Baksell" şirkəti 697 2G
və 123 3G baza stansiyasının avadanlığını son texnologiyaları
dəstəkləyən ən müasir avadanlıqla əvəz edib.
- Yüksək keyfiyyətli son nəsil data xidmətlərində istifadə olunan
yüksək məlumatötürmə qabiliyyətini dəstəkləmək və abunəçilərə 3G
DC-HSPA şəbəkəsində 42 Mbps qədər sürət, LTE-A şəbəkəsində isə 225
Mbps qədər sürət təmin etmək məqsədilə radiotezlik spektri ən
optimal şəkildə yenidən təşkil və refarminq edilib.
"Heç bir şəbəkə abunəçilərini bu dərəcədə yüksək sürət və
müfəssəl əhatə dairəsi ilə təmin edə bilmir. Biz xüsusilə 3G və 4G+
üzərindən yüksək sürətli mobil internet dünyası xidmətlərinin
əlçatan olması üçün şəbəkəmizi yenilədik. "Baksell" yüksək sürətli
internet xidməti vasitəsilə bu xidmətlərin abunəçilərə təqdim
olunması üçün daha geniş spektrə malikdir. Daha sadə şəkildə desək,
bizim şəbəkəmiz daha sürətli və daha yaxşıdır",- deyə "Baksell"
şirkətinin baş icraçı direktoru cənab Riçard Şirer bildirib.
"Layihə telekommunikasiya sahəsində aparıcı xidmət
təchizatçıları olan "Nokia Solutions and Networks" və "Huawei
Technologies" şirkətlərinin texnologiya və qlobal təcrübəsindən
istifadə etməklə həyata keçirilib. Biz inanırıq ki, şəbəkə
resurslarının unifikasiyası layihəsinin təmin etdiyi daha yaxşı
əhatə dairəsi, yüksək ötürmə qabiliyyəti, sabitlik və
texnologiyalar "Baksell" abunəçilərinə göstərilən xidmətlərin
keyfiyyətini əhəmiyyətli dərəcədə yüksəltməklə bərabər, həm də
"Baksell" mobil rabitə şəbəkəsində təklif olunan yeni mütərəqqi
xidmətlərin göstərilməsi üçün möhkəm və uyğunlaşa bilən bir baza
yaradacaq",- "Baksell" şirkətinin baş texniki direktoru cənab Yiğit
Berktaş bildirib.