Yuxarı

“Azersell”dən mühüm layihə

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Küçə uşaqlarının reinteqrasiyası və reabilitasiyası" proqramı həyata keçirilir.

Axar.az xəbər verir ki, "Ümidli Gələcək Gənclər Təşkilatı" İB "Azersell" Telekom MMC-nin təşəbbüsü və xahişi ilə "Ümid Yeri" Uşaq sığınacağında "Küçə uşaqlarının reinteqrasiyası və reabilitasiyası" proqramını həyata keçirməyə başlayıb.

Proqram çərçivəsində uşaqların ilkin sosial, psixoloji və hüquqi ehtiyacları qiymətləndirilir, küçə həyatına məruz qalmağın səbəbləri araşdırılır və bunun əsasında fərdi qayğı və inkişaf planı tərtib edilir. Həmin plan əsasında uşaqların psixoloji, hüquqi və s. problemlərinin həlli, təhsilə qayıtması və müvafiq peşəyə yiyələnməsi üçün tədbirlər görülür. Eyni zamanda uşaqların valideynləri və ya yaxın və uzaq qohumlarının axtarışı aparılır, uşaqların ailəsinə qovuşması üçün lazımi tədbirlər həyata keçirilir.

Qeyd edək ki, bu proqram "Azersell"in "Ümidli Gələcək" İB ilə birgə əməkdaşlıqda həyata keçirdiyi ilk layihə deyil. Hələ 2010-cu ildə uşaq və gənclərə psixoloji və emosional dəstəyin göstərilməsi, onların müxtəlif xidmətlərə yönəldilməsini təmin etmək məqsədilə "Azersell"-in dəstəyi ilə "Azərbaycan Uşaq Qaynar Xətt Xidməti" yaradılıb. "Azərbaycan Uşaq Qaynar Xətt" xidmətinin əsas məqsədi problemlə üzləşmiş hər bir uşağa, onların problemi ilə əlaqədar istənilən şəxsə sosial xidmət, psixoloji və hüquqi yardım, emosional dəstək göstərmək, uşaqların üzləşdikləri çətinliklərin və problemlərin həllinə dair məsləhətlər vermək, tələb olunduqda isə onları müvafiq sosial xidmətlərə yönəltməkdir. Fəaliyyət göstərdiyi 5 il ərzində "Azərbaycan Uşaq Qaynar Xətt" xidmətinə müxtəlif problemləri əhatə edən 11.500-dən çox zəng daxil olub.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.

"Azersell" Telekom MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq, Azərbaycana "Azersell" gətirib: GSM texnologiyası, öncədən ödəmə mobil xidmətləri, M2M,MobilBank,GPRS/EDGE (mobil internet),24/7 Telefon Mərkəzi, tam xidmət göstərən "Azersell" Ekspres ofisləri, mobil elektron xidməti "Asan İmza" və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 48,12% olan "Azersell"-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2013-cü ilin sonuna "Azersell" abunəçilərinin sayı 4,5 milyon nəfər təşkil etmişdir. 2011-ci ildə "Azersell" 3G, 2012-ci ildə isə 4-cü nəsl şəbəkəsi olan LTE xidmətini təqdim etmişdir. "Azersell" Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır. "Azersell" dünyanın 17 ölkəsində fəaliyyət göstərən, ümumilikdə 186 milyon abunəçiyə xidmət edən və 27 min əməkdaşı olan TeliaSonera şirkətlər qrupunun bir hissəsidir.

Tarix
2015.11.17 / 18:55
Müəllif
Axar.az
Digər xəbərlər

Kurenkov Bakıdan Moskvaya əliboş qayıtdı

Yekaterinburqda saxlanılan Ayaz Səfərovla bağı qərar

Əliyevlə Paşinyanın görüşü başladı - Video

Türkiyədə daha bir bələdiyyə sədri saxlanıldı

Əbu-Dabidə tarixi görüş: Sülh üçün əsas düyün nöqtəsi...

Elşən İbrahimov Rusiyanı belə tərk elədi - Video

Rusiya Azərbaycandan bu məhsulların idxalına qadağa qoydu

İlham Əliyev BƏƏ prezidentinə hədiyyə təqdim etdi - Foto

Elşən İbrahimov Rusiyadan deportasiya olunur

Baş nazir mühüm qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla