"Private Banking" xidməti necə qurulub?
Axar.az xəbər verir ki,
"Unibank"ın fərdi bankçılıq (Private Banking) xidməti müştərilərin
ehtiyac və maraqlarının maksimal dərəcədə qarşılanmasına yönəlib.
Böyük kapitalların idarə olunması "Unibank"da 2008-ci ilin noyabr
ayından fəaliyyət göstərən və yüksək bank xidmətlərini özündə
birləşdirən, həmçinin Azərbaycan və beynəlxalq maliyyə xidmətləri
bazarlarında baş verən tendensiyaları daim diqqətdə saxlayan
mükəmməl xidmətdir. Tam məxfilik və müştəri - bank arasında şəxsi
münasibətlər əsasında qurulan bu bank xidməti haqda yazılara və ya
müsahibələrə də az hallarda rast gəlmək olar. "Unibank"ın
"VİP-müştərilərilərə xidmət departamenti"nin rəhbəri Nərminə
Əkbərova isə bu haqda fikilərini səmimi və eyni zamanda məxfilik
prinsiplərini qoruyaraq bölüşüb.
Nərminə xanım, Private Banking (fərdi bankçılıq) özündə
nələri əhatə edir?
Private Banking adlanan və zəngin müştərilər üçün nəzərdə
tutulan şəxsi bank xidmətləri sistemi, üç əsr əvvəl yaranıb. Təbii
ki, bu xidmət digər bank xidmətləri kimi zamanla müəyyən
dəyişikliklərə məruz qalıb. Qeyd edim ki, bu gün müasir fərdi
bankçılıq xidməti qərb modeli çərçivəsində olduğu kimi, təkcə
imkanlı müştərilərə xidmət göstərməklə məhdudlaşmır. Müasir fərdi
bankçılıq xidmətinin birinci və əsas məqsədlərindən biri –
müştərinin maliyyə sabitliyinin təmin edilməsi və kapitalın
qorunması və artırılması ilə nəsildən-nəsilə ötürülməsidir. Bu
nəticələrin əldə olunması üçün isə müştəri və bank arasında inam və
etibar üzərində qurulan münasibətlər olmalıdır ki, bu da zəngin
insanların tələblərinə cavab verə biləcək eksklüziv servis
sayəsində formalaşır.
Ölkəmizdə bu xidmət çox az
sayda banklarda mövcuddur. Müştərilərə fərdi bankçılıq xidməti
göstərən banklardan biri də "Unibank"dır. Bankınızda private
banking sistemi necə qurulub?
"Unibank" kifayət qədər uzun müddətdir ki, fəaliyyət göstərir və
bu müddət ərzində ətrafına çoxlu müştəri toplaya bilib. Biz o
müştəriləri nəzərdə tuturuq ki, bankımıza loyal olmaqla yanaşı, həm
də olduqca imkanlı şəxslərdir. 2008-ci ildə bank rəhbərliyi bu növ
insanlarla işləyəcək bir xüsusi departamentin yaradılmasına qərar
verdi. Bizim əsas vəzifəmiz müştərilərə çevik və fərdi xidmət
göstərməkdən ibarətdir. Biz öz müştərilərimizə münasibətdə yalnız
bankir deyil, həm də dost olmağa çalışırıq. Onların bank
suallarının həlli ilə yanaşı, həm də məişət və texniki suallarının
da həllinə kömək edirik, həmçinin konsultasiya xidməti ilə təmin
edirik.
Fərdi bankçılıq
xidmətində Unibank öz müştərilərinə hansı üstünlükləri təqdim
edir?
Müştərilərimizin sahib olduqları əsas üstünlüklər- sürət,
məxfilik və məsələlərin sadə həll olunmasıdır. Sistem elə qurulub
ki, hər müştərinin öz şəxsi meneceri var. Bu, müştərinin 24 saat
ərzində əlaqə saxlaya biləcəyi insandır. Şəxsi menecer, müştərinin
məqsədlərinə uyğun olaraq, onlarla birgə bir sıra təkliflər
üzərində işləyir. Müştəri qərar verir, şəxsi menecer isə ona bu
işdə öz peşakarlığı və loyallığı ilə yardımçı olur. Biz
müştərilərimizə yalnız iş günləri deyil, həftə sonları və bayram
günləri də xidmət göstəririk. Bir sözlə - fərdi bankçılıq xidməti
Unibank-da elə qurulub ki, müştəri hər zaman özünü rahat hiss
etsin.
Müştəriyə xidmətin formasını necə
müəyyənləşdirirsiniz?
Xidmətin ardıcıllığını müştəri ilə onun maliyyə məqsədlərini və
risk ehtimalını müəyyənləşdirən görüş formalaşdırır. Şəxsi görüş
zamanı biz müştərinin ehtiyaclarını müəyyən edir, onu xidmət
təşkilatı ilə tanış edirik, həmçinin onun üçün şəxsi
menecer-məsləhətçi seçirik. Xüsusi vurğulamaq istərdim ki, hər bir
müştəri bizim üçün unikaldır. Bu səbəbdən bizim əsas fəaliyyətimiz
müştərinin ehtiyaclarının aydın şəkildə müəyyən edilməsindən və
onların reallaşdırılması üçün fərdi qərarların təqdim edilməsindən
ibarətdir. Bizim üçün işimizdə ən mühüm olan müştəridir: onun
məqsədləri, maraqları və istəkləridir. Bizim xidmət paketimiz
müştərilərin sorğusundan asılı olaraq daim dəyişir və artır. Çünki
nə zaman, nə də müştərilər eyni yerdə dayanmır. Bizim bu günkü
Private Banking xidmətimizə kapitalın idarə olunmasından və
müştərilərin özəl əməliyyatlarının maliyyələşdirilməsindən tutmuş,
daşınmaz əmlak və torpaq sahələri ilə bütövlükdə müşahidə olunan
əməliyyatlaradək, şəxsi və əmlak sığortalarının fərdi sxemləri və
s. kimi xidmətlər daxildir. Bundan başqa, bizim müştərilər
sırasında Visa Infinite kart sahibləri də var. Bildiyiniz kimi,
Visa Infinite kartları Visa International ödəniş sisteminin
ierarxiyasında ən yüksək mövqe tutur. Bu kartın əsas üstünlükləri
xaricə ölkədə sığorta xidmətləri ilə bağlıdır (tibbi sığorta,
baqajın itirilməsi ilə bağlı sığorta,uçuşun gecikməsi ilə bağlı
sığorta və s. ). Eləcə də konsyerj xidməti, hansı ki
müştərilərimizi müxtəlif istəklərini yerinə yetirməyə hazırdır - ən
dəbdəbəli restoranlarda masa bronundan tutmuş, kart hesabı ilə
bağlı lazımı əməliyyatların həyata keçirilməsinə qədər. Bizim
müştərilərimiz bu xidmətdən tamamilə pulsuz olaraq 24 saat ərzində,
həftənin 7 günü və dünyanın istənilən nöqtəsində istifadə edə
bilərlər. Həmçinin VIP-müştərilər üçün depozit və kredit
xidmətlərinə dair sərfəli imkanlar da mövcuddur. Qeyd edim ki,
depozit üzrə faiz dərəcələri əmanətin məbləğindən və müddətində
asılı olaraq dəyişir. Biz daima müştərilərimizin istəklərini nəzərə
alaraq, onlara fərdi yanaşma və ciddi məxfilik üzərində qurulmuş
mükəmməl xidmət təklif edirik.
Müştərilərlə münasibətdə ən əsas olan
nədir?
Bizim əsas dəyərimiz- müştərilərimizdir. Bizim işimiz
müştərilərin rifahının artırılmasına yönəldilib. Müştərilərimizlə
etibarlı münasibətlər - bizim işimizin başlıca və əsas
prinsipidir.