Yuxarı

Mərkəzi Bank: Kreditlər azaldılıb

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mərkəzi Bank: Kreditlər azaldılıb

2015-ci ildə hesabat dövrünün sonuna Azərbaycanda kreditlər üzrə orta faiz dərəcəsi 13,4% (inflyasiya səviyyəsi nəzərə alınmaqla real faiz 9,7%), o cümlədən kommersiya kreditləri üzrə 9% (real faiz 5,3%) təşkil edir.

APA-nın məlumatına görə, bu, Mərkəzi Bankının 2016-cı il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında əksini tapıb.

Mərkəzi Bankın bəyanatında qeyd edilib ki, bank aktivləri 10% artaraq 27.8 mlrd. manata çatıb ki, bu da qeyri-neft ÜDM-in 75%-nə bərabərdir. İqtisadiyyata kredit qoyuluşlarının həcmi 18.7 mlrd. manata çatıb ki, bunun da 77%-ni uzunmüddətli kreditlər təşkil edir. Portfelin çox hissəsi (72%-i) biznes kreditlərinin payına düşür. Ev təsərrüfatlarına kreditlər üzrə riskləri nəzərə alaraq Mərkəzi Bank bu sahədə qabaqlayıcı tənzimləyici tədbirləri 2015-ci ildə də davam etdirib. Ev təsərrüfatlarına verilən kreditlər 2,3%, avtomobil kreditləri isə 42% azaldılıb. 2015-ci ildə ipoteka kreditləşdirilməsi davam etdirilib, 2000 nəfərdən çox şəxsə 96 mln. manat ipoteka krediti verilib. İpoteka Fondunun kredit portfeli 789 mln. manata çatıb, ipoteka alanların sayı isə 18 mini ötüb. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan İpoteka Fondu" Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında 27 oktyabr 2015-ci il tarixli fərmanı ilə ölkədə ipoteka kreditləşməsinin yeni əsaslarla inkişafına start verilib.

Bəyanatda vurğulanır ki, hesabat dövründə əhalinin əmanətləri bankların başlıca resurs mənbəyi olub. Hesabat dövrünün sonuna əhalinin bank əmanətləri 7 mlrd. manatdan çox olub. Cari ildə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətlər üzrə faizlərin yuxarı həddinin 9%-dən 12%-ə qaldırılması da bank sistemində əmanətlərin qorunmasında mühüm rol oynayıb. Hazırda Əmanətlərin Sığortalanması Fonduna üzv banklar tərəfindən xidmət olunan 7.3 mln. nəfər əmanətçinin 91% hissəsi qorunan əmanətçilərdir.

Tarix
2015.12.31 / 10:36
Müəllif
Axar.az
Digər xəbərlər

Gürcüstanda saxlanılan TIR-larımızla bağlı rəsmi açıqlama

ABŞ bu qurumu ləğv edir - Türkiyə üçün təhlükə

Bakıda SSRİ bayrağı qaldıranlar barədə qərar verildi

Hikmət Hacıyev Niderland səfiri ilə görüşdü

Ramiz Mehdiyev izi: SSRİ-ni təbliğ edən ideoloji hücrələr...

Alov Qüllələrinin ətrafında tədqiqat aparılacaq

Naxçıvanda maarifləndirmə tədbirləri keçirildi - Video

Baş nazirdən mühüm qərar: Buna görə rüsum tutulacaq

Pəncəli Teymurovun anası Prezidentə məktub göndərdi

"Uitkoffgeyt" qalmaqalı: Ağ Evdə Rusiyanın casusu kimdir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla