Yuxarı

Davosda iştirakı gözlənilən liderlərin - Siyahısı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Davosda iştirakı gözlənilən liderlərin - Siyahısı

İsveçrənin Davos şəhərində 40 ölkənin dövlət və hökumət başçılarının iştirak edəcəyi Dünya İqtisadi Forumu işə başlayır.

Axar.az xəbər verir ki, iqtisadi forumda 2500 nəfərin iştirakı gözlənilir.

"Sənaye İnqilabı" adı altında keçiriləcək forumda bir çox məsələlər müzakirəyə çıxarılacaq.

Dünya İqtisadi Forumunda Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Baş naziri Əhməd Davudoğlu, ABŞ vitse-prezidenti Co Bayden, Dövlət katibi Con Kerri, İngiltərə Baş naziri Devid Kemeron, Fransa Baş naziri Manuel Vals, Almaniya Prezidenti Yoahim Qauk, Yunanıstan Baş naziri Aleksis Çipras, İsrail Baş naziri Benyamin Netanyahu, Şimali Kipr Prezidenti Mustafa Akıncı, Argentina Prezidenti Maurisio Masri, Pakistan Baş naziri Nəvaz Şərif, Meksika Prezidenti Enrike Penya Nieto, Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili, Əfqanıstan Prezidenti Əşrəf Qani, Kolumbiya Prezidenti Xuan Manuel Santos, Cənubi Afrika Respublikası Prezidenti Yakob Zuma, Kanada Baş naziri Castin Trudeau, Tunis Baş naziri Həbib Essid, İraq Baş naziri Heydər Abadi və Rusiya Baş nazirinin müavini Yuri Trutnevin iştirakı gözlənilir.

Liderlər regional, qlobal problemləri müzakirəyə çıxaracaqlar. Miqrant böhranı, terror aktları, qlobal təhlükəsizlik, ictimai bərabərlik kimi mövzularda fikir mübadiləsi aparılacaq. Forumda konqres mərkəzində 300-dən çox iclasın keçirilməsi nəzərdə tutulub.

Tarix
2016.01.19 / 22:40
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Azərbaycan müdafiə xərclərini nə qədər artıracaq?

Ermənilər narahat olmalı deyil, xəcalət çəkməlidir!

Bu, Qarabağda öz izlərini qoruyub saxlayır - Hacıyev

Bu, Azərbaycandan başlayıb Azərbaycanda bitəcək

179 nəfər Avropadan Azərbaycana gətirildi

Ceyhun Bayramov Butbiqinlə görüşdü

Hikmət Hacıyevin nömrəsi məndə var - Simonyan

Putin indi dayansa, bu, qələbə olmayacaq - Zelenski

Kamaləddin Qafarov: Azərbaycan fərqli yol seçib

Diplomatlar Qarabağa gəldi, ermənilər... - Bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla