Yuxarı

İpoteka ilə bağlı hansı dəyişikliklər gözlənilir?

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
İpoteka ilə bağlı hansı dəyişikliklər gözlənilir?

Mərkəzi Bankın ipoteka kreditləri şərtlərinin sadələşdirilməsi ilə bağlı prosesi sürətləndirməsi təqdirəlayiqdir.

Bunu Axar.az-a iqtisadçı alim Vüqar Bayramov deyib. Ekspert bildirib ki, şərtlərin sadələşdirməsində məzənnənin nəzərə alınmasına ehtiyac var:

"İpoteka kreditləri üzrə faiz yüksək, şərtlər kifayət qədər ağırdır. Hesab edirik ki, ipoteka ilə bağlı bu sadələşmələr nəzərə alınmalıdır: Birincisi, ilkin ödənişlə bağlı şərtlər yumşaldılmalıdır. Mövcud qaydalara əsasən, ən azı 20 faiz ilkin ödəniş həyata keçirilməlidir. Ancaq bu rəqəmin ən çoxu 20 faiz olmasına ehtiyac var. Çünki bəzi banklar 40, hətta 50 faiz ilkin ödəniş tələb edirlər. İkincisi, İpoteka Fondu yanında İpoteka Zəmanət Fondu da formalaşdırılmalıdır ki, ilkin ödənişi ödəmək imkanı olmayanlar 100 faiz kredit götürə bilsinlər. Üçüncüsü, rayonların ipoteka kreditlərindən istifadəsi ilə bağlı tavan müəyyənləşməli, növbəti dövr üçün ayrılan vəsaitlərin ən azı 50 faizi rayonların payına düşməlidir.

Dördüncüsü, elektronlaşma davam etdirilməlidir ki, vətəndaş daha az prosedurlarla ipoteka krediti ala bilsin.

Eləcə də qiymətləndirmənin prosesə cəlb edilməsi bankların öz maraqlarına uyğun olaraq qiymət şişirtmələrinin qarşısını alacaq".

V.Bayramov bankların birləşdirilməsinə də münasibət bildirib:

"Prosesi davam etməlidir. Çünki Azərbaycanda bankların sayı ilə bağlı standartlar yoxdur və digər ölkələrlə müqayisədə daha çoxdur. Qazaxıstanda cəmi 35 bank fəaliyyət göstərir, baxmayaraq ki, bu ölkənin iqtisadiyyatı daha böyükdür. Konsolidasiya prosesi şəffaf olmalı, banklarda monopoliyaya gətirib çıxarmamalıdır. MB çalışmalıdır ki, zəif bankların konsolidasiyası bu sektorda rəqabəti boğmasın, əksinə gücləndirsin. Növbəti dövrlərdə də bankların mərhələli birləşməsi həyata keçiriləcək".

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov ən geci gələn aydan ipoteka kreditlərinin yeni əsasda veriləcəyini açıqlayıb. Bank sədri bildirib ki, Maliyyə Nazirliyi tərəfindən ipoteka kreditlərinin güzəşt və kommersiya hissələrinin genişləndirilməsi üzərində işlər aparılır.

Tarix
2016.01.27 / 10:26
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Rusiya Azərbaycanın notasına cavab verdi

Əliyevdən Zelenskiyə: Bu cür hücumlar qəbuledilməzdir!

Səfirliyə hücum: Zelenski İlham Əliyevə zəng etdi

Azərbaycan Rusiyaya nota verdi

İran və Azərbaycan arasında aviareyslərin sayı artırılacaq

Bakı və İrəvan doğru siyasət yürüdür - Papuaşvili

Rusiya vurdu, səfirliyimizə ciddi ziyan dəydi - Video

Bakı məlumat verdi, türk polisi əməliyyat keçirdi - Video

Dövlət idarəçiliyində əsas ölçü meyarı xalqın maraqlarıdır

Mehdiyevlə bağlı gündəmi silkələyəcək ssenari...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla