Yuxarı

Azərbaycanlı biznesmen dövlət şirkətini alır

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanlı biznesmen dövlət şirkətini alır

Rusiyanın "Lukoyl" şirkəti "Başneft" dövlət şirkətinin nəzarət paketini almağa hazırdır.

ANS-in məlumatına görə, bu barədə jurnalistlərə şirkətin rəhbəri Vahid Ələkbərov açıqlama verib.

Neft şirkəti "Başneft"in səhm nəzarət paketini girovdan çıxarmağa hazırdır, ancaq bu barədə rəsmi təklifi şirkət hələ hökumətə verməyib.

"Biz öz təklifimizi hökumətə rəsmən etməmişik, hələlik özəlləşdirmə şərti yoxdur. Əgər münasib şərtlər olacaqsa, onda biz bu məsələyə baxmağa və iştirak etməyə hazırıq. Onların nəzarət paketi bizi maraqlandırır", - deyə Ələkbərov bildirib.

Daha əvvəl "Lukoyl"un "Başneft"ə marağı haqqında şəxsi mənbələrə istinadən "Röyter" agentliyi məlumat yayıb. "Forbes" nəşri isə qeyd edib ki, "Qorbuşkina dvora" sahibləri də həmçinin "Başneft"in özəlləşdirməsiylə maraqlanır.

"Lukoyl" neft şirkəti 1993-cü ildə Rusiya Federasiyası hökumətinin qərarı ilə yaradılıb. Nəhəng sənaye-maliyyə kompleksinə malik olan "Lukoyl" şirkəti Rusiya, MDB və dünyanın bir çox ölkələrində neft məhsullarının hasilatı, emalı, satışı və kəşfiyyatı ilə məşğul olur.

Şirkət 1993-cü ildən Azərbaycanda da fəaliyyət göstərir. Rusiyada fəaliyyət göstərən milyarder, həmyerlimiz olan Vahid Ələkbərov "Lukoyl" şirkətinin rəhbəridir.

Tarix
2016.02.16 / 22:57
Müəllif
Axar.az
Digər xəbərlər

Zelenski İlham Əliyevə təşəkkür etdi

Azərbaycan-Özbəkistan əməkdaşlığı buna xidmət edir

Prezident niyə Buxaraya da səfər etdi?

Prezidentin Özbəkistan səfəri ilə bağlı - Videoçarx

İlham Əliyevin Özbəkistana səfəri başa çatdı - Video

Prezidentin Özbəkistan səfəri: Əbədi dostluq…

Prezidentlər və xanımları “Poyi-Kalon” kompleksi ilə tanış oldu

Prezidentlər və ailə üzvləri Ark qalasında

Prezidentlər və xanımları İsmayıl Samani türbəsində - Video

Özbəkistan ilə Azərbaycanın qarşılıqlı münasibətləri...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla