Yuxarı

İranla əlaqələrdə yeni mərhələ başlayıb - Video

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
İranla əlaqələrdə yeni mərhələ başlayıb - Video

ANS-in "Hesabat" verilişində Mir Şahinin qonağı Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev olub.

Qonaq İrana qarşı sanksiyalar aradan qaldırıldıqdan sonra Azərbaycan və İran arasında iqtisadi münasibətlərdən, prezident İlham Əliyevin İrana səfəri zamanı imzalanmış sənədlərdən, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi, "Şahdəniz 2", Cənub qaz dəhlizi layihələri haqqında ətraflı məlumat verib. Nazir son iki ildə Azərbaycan və İran arasındakı əlaqələrdə yeni mərhələyə başlanıldığını diqqətə çatdırıb.

İranla münasibətlərdə Azərbaycan üçün prioritet sahələrə toxunan nazir İranla münaisbətlərin yüksək səviyyədə olduğunu, prezidentin də bu əlaqələrə həssas yanaşdığını diqqətə çatdırıb. Nazir həmçinin prezidentlərin görüşü zamanı 12 sənədin imzalandığını, bu sənədlərin strateji əhəmiyyət daşıdığını bildirərək, bu səfəri tarixi səfər adlandırıb.

Əsas prioritet sahələrdən olan Şimal-Cənub nəqliyyat dəhlizi layihəsindən danışan Şahin Mustafayev səfər çərçivəsində bu yöndə iki mühüm sazişin imzalandığını bildirib. "Birinci sənəd Azərbaycan və İran dəmir yollarının əlaqələndirilməsi haqqında çərçivə sazişi, ikinci sənəd isə Astaraçay üzərində dəmiryolu körpüsünün tikintisi haqqında imzalanan müqavilədir ki, bu sənədlər bu ilin sonunadək Azərbaycan tərəfinin Astaraçaya qədər çatışmayan 8,3 km dəmiryolunun tikintisini başa çatdırmasına və İran tərəfi ilə birgə sözü gedən körpünün tikintisinin, eyni zamanda yük terminallarının tikintisini başa çatdırmağa imkan verəcək",- deyə nazir vurğulayıb.

Tarix
2016.02.28 / 23:32
Müəllif
Axar.az
Digər xəbərlər

Səməd Seyidovun adından saxta açıqlama yayıldı

Konqres Azərbaycanla bağlı qanunun mətnini açıqladı

Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı

Türkiyə Ermənistanla sərhədi qismən açır

Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi

Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?

“Turan” artıq realdır: mərkəzi və açar ölkəsi...

Ermənilər daha bir qonşusundan bu cür oğurlayır

Uçuşlar gecikir: Ermənistanda nə baş verir?

Ermənistanla ticarət əlaqələri mümkündür - Bayramov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla