Yuxarı

Ukrayna Rusiyanın bu NEZ-lərini vurdu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukrayna Rusiyanın bu NEZ-lərini vurdu

Ukrayna Müdafiə Qüvvələrinin iyulun 10-na keçən gecə həyata keçirdiyi hücumlardan sonra Rusiyada "İlski" neft emalı zavodunda, "Novatek–Ust-Luqa" neft emalı kompleksində, "Kurqanneftprodukt" neft terminalında və "Azovneftprodukt" neft bazasında yanğınlar qeydə alınıb.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumata görə, Krasnodar diyarında yerləşən "İlski" neft emalı zavoduna hücumdan sonra müəssisənin ərazisində partlayışlar baş verib və ardınca yanğın başlayıb. Baş Qərargah bildirib ki, bu zavod Rusiyanın cənubundakı ən iri neft emalı müəssisələrindən biridir. Müəssisənin illik layihə gücü 6,6 milyon tona qədər neft emal etməyə imkan verir. Zavod benzin, dizel yanacağı və digər neft məhsulları istehsal edir ki, bunlardan da, o cümlədən, təcavüzkar dövlətin hərbi logistikasının təmin edilməsində istifadə olunur.

Bundan əlavə, Leninqrad vilayətində yerləşən "Novatek–Ust-Luqa" neft emalı kompleksinə növbəti dəfə zərbə endirilib. Bu müəssisə Rusiyada qaz kondensatının emalı və yüngül neft məhsullarının istehsalı üzrə ən iri komplekslərdən biridir. Onun illik emal gücü təxminən 7 milyon ton qaz kondensatı təşkil edir.

Həmçinin Ukrayna Müdafiə Qüvvələri Rostov vilayətinin Taqanroq şəhərində yerləşən "Kurqanneftprodukt" neft terminalına zərbə endirib və nəticədə orada yanğın baş verib. Bu terminal Rusiyanın Azov dənizi ətrafı bölgəsində neft məhsullarının qəbulu, saxlanılması və daşınmasını təmin edir.

Azov şəhərindəki "Azovnefteprodukt" neft bazasına da edilən hücumdan sonra partlayışlar olub.

Tarix
2026.07.10 / 20:25
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev bu qurumların rəhbərlərini qəbul etdi

Bu ölkədə "ASAN xidmət" modelinin tətbiqinə dəstək veriləcək

Erməni separatçılarının Bakıda məhkəməsi keçirildi

Azərbaycan axtarışda olan iki nəfəri bu ölkəyə təhvil verdi

Baş nazir bu əsasnaməni təsdiq etdi

Əli Əsədov iclas keçirdi

Ermənistana propan və gübrə göndərildi

İlham Əliyevə bu məlumatı verdim - Bayraqdar

Kreml Türkiyəni bu cür hədələdi – Nə baş verir?

ABŞ İranda elə yerlərə zərbə endirdi ki...

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla