Yuxarı

Kürəkən qayınatasını yatdığı yerdə öldürdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kürəkən qayınatasını yatdığı yerdə öldürdü

09:14

Ağdam rayonunda qətl hadisəsi baş verib.

Axar.az xəbər verir ki, hadisə rayonun Səfərli qəsəbəsində qeydə alınıb.

Belə ki, rayon sakini, 1996-cı il təvəllüdlü Eldəniz Elşən oğlu Qənbərov mübahisə zəminində qayınatası, 1969-cu il təvəllüdlü Zakir Cəlal oğlu Hüseynovu bıçaqlayıb.

Zakir Hüseynov aldığı xəsarətlər nəticəsində ölüb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma davam etdirilir.

***

Ağdam rayonunda kürəkənin qayınatasını qətlə yetirməsi hadisəsinin bəzi təfərrüatları məlum olub.

Teleqraf xəbər verir ki, hadisədən əvvəl Eldəniz Qənbərovun həyat yoldaşı ailədaxili mübahisədən sonra ər evindən çıxaraq ata evinə gedib.

E.Qənbərov həyat yoldaşını geri qaytarmaq üçün qayınatasının evinə gəlsə də, qadın onunla getməyə razı olmayıb. Qayınatası Zakir Hüseynov isə kürəkəninə qızının 2-3 gün ata evində qalmasını, sakitləşdikdən sonra məsələnin həllinə baxılmasını təklif edib.

İlkin məlumata görə, bundan əsəbiləşən E.Qənbərov gecə saatlarında qayınatasının yaşadığı evə gəlib. O, pəncərədən evə daxil olub və yatmış vəziyyətdə olan Z.Hüseynova bıçaqla xəsarətlər yetirib. Zakir Hüseynov aldığı xəsarətlərdən həyatını itirib.

Məlumata görə, Eldəniz Qənbərov daha əvvəl də, eləcə də sonuncu mübahisə zamanı həyat yoldaşına fiziki zor tətbiq edərək xəsarət yetirib.

Qeyd edək ki, E.Qənbərovun 5 övladı var.

Tarix
2026.08.25 / 10:31
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla bu ölkə arasında viza rejimi sadələşdirilir

Bayramov Arakçı ilə görüşdü: Nələr müzakirə edildi?

Bayramov Hindistan-Pakistan münasibətlərindən danışdı

XİN rəhbəri cibutili həmkarı ilə görüşdü

Tramp İlham Əliyevdən sitat gətirdi

Azərbaycan bu qondarma seçkiləri tanımır - XİN

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır

Kərim Vəliyev Kılınçla birgə təlimi müzakirə etdi

Bu yatağın qiyməti də, dəyəri də qalxacaq - Prezident

Ermənilər sanitar qovşağı da aparmışdılar... - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla