Yuxarı

Okeanlarda temperatur rekord həddə çatdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Okeanlarda temperatur rekord həddə çatdı

Dünya okeanlarının səth temperaturu müşahidələr tarixində ən yüksək səviyyəyə çatıb.

Axar.az BBC-yə istinadla xəbər verir ki, mütəxəssislər bunu insan fəaliyyəti nəticəsində baş verən iqlim dəyişikliyi və güclənən “El-Nino” hava hadisəsinin təsiri ilə əlaqələndirirlər. Avropanın “Copernicus” İqlim Dəyişikliyi Xidmətinin məlumatına görə, avqustun 22-də qütb bölgələri istisna olmaqla dünya okeanlarının səthində orta temperatur 21,1 dərəcə isti təşkil edib.

Bu göstərici 2024-cü ilin martında üç ayrı gündə qeydə alınmış 21,09 dərəcəlik əvvəlki rekordu üstələyib. Eyni zamanda, hazırkı temperatur ilin bu dövrü üçün orta göstəricidən xeyli yüksəkdir. Alimlər bildirirlər ki, okeanların istiləşməsi ekstremal hava hadisələrinin daha da güclənməsinə, dəniz səviyyəsinin yüksəlməsinə və dəniz ekosistemlərinə ciddi zərər dəyməsinə səbəb ola bilər.

“Copernicus” İqlim Dəyişikliyi Xidmətinin direktor müavini Samanta Börcess bildirib ki, yeni rekord okeanların getdikcə artan təzyiq altında olduğunu göstərən daha bir aydın siqnaldır. Onun sözlərinə görə, “El-Nino” qlobal iqlim sisteminə əlavə istilik gətirsə də, bu proses insan fəaliyyəti nəticəsində onilliklər ərzində davam edən istiləşmənin fonunda baş verir.

Tarix
2026.08.25 / 00:33
Müəllif
Axar.az
Digər xəbərlər

Şad xəbər: Bu ərazilərdə yüksək maaşlı iş yerləri açılır

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edildi

Azərbaycanda cərimə meydançası ilə bağlı rüsumlar müəyyənləşdi

Xalçamızla bağlı iddia irəli sürüb ki, guya... - Məmmədov

Ərdoğan Nyu Yorkda Paşinyanla görüşdü - Video

Fransadan Bakının əfv etdiyi Rayanla bağlı açıqlama

İranın Ermənistandakı səfiri həddini aşdı - Tehranın sözüdür?

Mansur Yavaş Qarabağ azad olunanda nə demişdi? - Dosye

Ceyhun Bayramov fransalı həmkarı ilə görüşdü

Prezidentin yüksək vəzifə verdiyi Gündüz Əliyev kimdir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla