Yuxarı

Paket çayların görünməyən təhlükəsi – Ekspert açıqladı

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Paket çayların görünməyən təhlükəsi – Ekspert açıqladı

Müasir dövrümüzdə demək olar ki, gündəlik istifadə edilən paket çayların insan orqanizminə bir sıra zərərləri ola bilər. İlk növbədə, bəzi paket çayların hazırlanmasında plastik tərkibli materiallardan istifadə olunur. İsti su ilə təmas zamanı bu materiallardan mikro və nano ölçülü hissəciklərin suya keçməsi mümkündür. Bu hissəciklərin mütəmadi şəkildə orqanizmə daxil olması sağlamlıq baxımından narahatlıq doğuran məsələlərdən biridir.

Bu sözləri Axar.az-a açıqlamasında qida eksperti Məhsəti Hüseynova paket çayların təhlükəsi ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, digər məqam isə paket çayların tərkibində istifadə olunan kimyəvi maddələrdir:

“Bəzi məhsullarda müxtəlif aromatizatorlardan və sintetik mənşəli boyalardan istifadə edilir. Bu maddələr çayın daha tez rəng almasına və dad-aromasının gücləndirilməsinə xidmət edə bilər. Lakin onların həddindən artıq istifadəsi həzm sistemi ilə bağlı problemlərə səbəb ola bilər. Bəzi hallarda bu cür məhsulların yaddaşa, hormonal sistemə və ümumi orqanizm funksiyalarına mənfi təsir göstərə biləcəyi də iddia olunur. Xüsusilə yeniyetməlik dövründə kimyəvi tərkibli məhsulların uzunmüddətli və nəzarətsiz istifadəsi arzuolunmaz nəticələr yarada bilər.

Bitki çayları, arıqlama çayları və adi qara çaylar paketlənmə baxımından oxşar sənaye proseslərindən keçə bilər. Son dövrlərdə bəzi çay markaları plastik əvəzinə, parça və pambıq əsaslı materiallardan istifadə etməyə başlayıblar. Lakin bu, məhsulun tamamilə risksiz olduğu anlamına gəlmir. Çünki çayın xammalının uzun müddət saxlanılması, kiflənməsinin və bakteriyaların yaranmasının qarşısının alınması üçün müxtəlif maddələrdən istifadə edilə bilər”.

Tarix
2026.08.25 / 08:30
Müəllif
Aysel Baxşiyeva
Digər xəbərlər

Prezidentin Özbəkistan səfəri ilə bağlı - Videoçarx

İlham Əliyevin Özbəkistana səfəri başa çatdı - Video

Prezidentin Özbəkistan səfəri: Əbədi dostluq…

Prezidentlər və xanımları “Poyi-Kalon” kompleksi ilə tanış oldu

Prezidentlər və ailə üzvləri Ark qalasında

Prezidentlər və xanımları İsmayıl Samani türbəsində - Video

Özbəkistan ilə Azərbaycanın qarşılıqlı münasibətləri...

Konstitusiyada Bəyannaməyə istinad olmayacaq - Paşinyan

Bakı və İrəvan sülh üçün bunu dayandırmalıdır - Paşinyan

Nümayəndə heyətimiz Buxara Ark qalasında - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla