Yuxarı

Tokayevdən Trampa: Nüvə silahının yayılması...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tokayevdən Trampa: Nüvə silahının yayılması...

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb.

Axar.az xəbər verir ki, bu barədə “Akorda” məlumat yayıb.

Tokayev bildirib ki, ABŞ administrasiyasının daxili siyasət kursunun əsasını təşkil edən sağlam düşüncəyə əsaslanan siyasət mahiyyət etibarilə ölkədə "Qanun və Qayda" prinsipi əsasında Ədalətli Qazaxıstanın qurulmasına yönəlmiş strategiya ilə üst-üstə düşür. Buna görə də Donald Trampın siyasətini dəstəkləyir.

Tokayev Qazaxıstanın nüvə silahının və zənginləşdirilmiş uranın yayılmasının yolverilməzliyi ilə bağlı dəyişməz mövqeyini təsdiqləyib.

Liderlər həmçinin iqtisadi əməkdaşlıq və siyasi qarşılıqlı fəaliyyət məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Tokayev Donald Trampı Qazaxıstana səfərə dəvət edib.

Tarix
2026.07.10 / 19:20
Müəllif
Axar.az
Digər xəbərlər

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

Qubadlının işğaldan azad edilməsindən 6 il keçir

Elçin Yusubov Korrupsiyaya qarşı Baş İdarəyə çağırıldı

Cənubi Qafqaz sülh nümunəsinə çevrilib

Azərbaycan XİN İordaniyada kilsəyə hücumu pislədi

Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla