Yuxarı

Azərbaycan futbolunda 13 il sonra tarixi uğur təkrarlandı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan futbolunda 13 il sonra tarixi uğur təkrarlandı

Avrokubokların I təsnifat mərhələsinin ilk oyunları Azərbaycan futbolu tarixinə ən uğurlu həftə kimi düşüb.

Axar.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, klublarımızın hər üç oyunda qalib gəlməsi qitəmiqyaslı turnirlər tarixində ikinci belə hadisədir.

UEFA Çempionlar Liqasında "Sabah" TNS-i (Uels) 2:0, UEFA Avropa Liqasında "Qarabağ" "Vestri"ni (İslandiya) və UEFA Konfrans Liqasında "Zirə" "Torpedo"nu (Kutaisi, Gürcüstan) eyni – 3:0 hesabı ilə məğlub edib.

Komandalarımız bunadək yalnız bir dəfə həftə ərzində ən azı 3 oyun keçirib və hamısında qalib gəlib. 2013/2014 mövsümündə "İnter" "Mariehamn"ı (Finlandiya) 2:0, "Qarabağ" "Metallurq"u (Şimali Makedoniya) və "Xəzər Lənkəran" "Slima"nı (Malta) eyni – 1:0 hesabı ilə məğlub edib. Həmin qarşılaşmaların üçü də UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində baş tutub və 2013-cü il iyulun 11-də keçirilib.

13 ildən sonra 3 qələbə əldə olunsa da, bu dəfə daha yaxşı top fərqi qeydə alınıb. 2013-cü ildə qol buraxmayan üç klubumuz 4 qol vurubsa, yenə qapısını toxunulmaz saxlayan təmsilçilərimiz ikiqat çox – 8 dəfə rəqib qapısına yol tapıb.

Tarix
2026.07.10 / 18:27
Müəllif
Axar.az
Digər xəbərlər

Avropa Birliyinin səfiri Azərbaycan dilini öyrənir

Nəcibə Nəsibova bu universitetə rektor təyin olundu

“Azərpoçt”da böyük kadr dəyişikliyi - Siyahı

İranın AzTV-yə qarşı addımı ilə bağlı bəyanat yayıldı

Bu türk ölkəsi ilə 5 ildə ticarət 13 dəfə artıb

Fransanın bu bəyanatları qəbuledilməzdir - XİN

KMBİ fişinq şəbəkəsinin daha iki üzvü saxlanıldı - DİN

İlham Əliyev bu liderlərlə Qolf Klubunun açılışında - Foto

Axtarışda olan şəxs Azərbaycana ekstradisiya olunur

Çolpon-Atada Əliyevin səfərinə həsr olunmuş banner

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla