Yuxarı

“Azəriqaz”dan kütləvi ixtisarla bağlı bildiriş

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Azəriqaz”dan kütləvi ixtisarla bağlı bildiriş

Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyi bir sıra rayonların qaz istismar sahələrinin əməkdaşlarına işdən çıxarılma ilə bağlı bildirişlər paylayıb.

Bu barədə Modern.az saytına daxil olan məlumatda bildirilir ki, bəzi rayonlarda qaz istismar sahələrinin işçilərinə özlərinə tezliklə iş tapmaqları tövsiyə olunub.

Modern.az məlumatı dəqiqləşdirmək üçün "Azəriqaz" İstehsalat Birliyi ilə əlaqə saxlayıb.

Məsələyə aydınlıq gətirən "Azəriqaz"ın mətbuat xidmətinin rəhbəri Araz Ağayev xəbəri təsdiqləyib:

"Bildirişlərin verilməsi doğrudur. Bu addım strukturun təkmilləşdirilməsi ilə əlaqədar atılıbr. Zaqatala Regional Qaz İstismar İdarəsinin yaradılması ilə əlaqədar Oğuz, Şəki, Qax, Zaqatala, Balakən rayon qaz istismar sahələrinin əməkdaşlarına işdən çıxarılma ilə bağlı bildirişlər paylanılıb. Amma bu o anlama gəlmir ki, kimsə işdən çıxarılacaq, ixtisar olunacaq. Sadəcə, struktur təkmilləşdirilməsi ilə əlaqədar ştatların çoxu bir mərkəzdə cəmlənəcək. Prosesdən xəbərdar olması üçün işçilərə işdən çıxarılma ilə bağlı bildirişlər verilib".

Tarix
2014.02.12 / 12:26
Müəllif
Axar.az
Digər xəbərlər

AB-nin xüsusi nümayəndəsi Azərbaycana səfərindən yazdı

Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat

Deputatın şok sərvəti üzə çıxdı

Kəlbəcər sakinlərinə xoş xəbər

Paşinyan Göyçə gölündə çimdi - Video

“Belem Missiyası” çərçivəsində məsləhətləşmə keçirildi - XİN

Bu faciəni hələ də xatırlayırıq - Hacıyev

Qarabağda bunları görmək məni məyus etdi – BMT rəsmisi

Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

Bu ərazi də PKK-dan təmizlənir – Tarixi proses başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla