Yuxarı

Yeni qaydalarla kimlər kredit götürə biləcək?

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Maliyyə Bazarlarına Nəzarət Palatası xarici valyutada istehlak kreditləşməsinə tətbiq etdiyi qadağanı məhdudiyyətlə əvəz etdi və 1 aylıq moratorium aradan qalxdı. Ancaq hər kəs belə kreditlərdən yararlana bilməyəcək.

Axar.az xəbər verir ki, bu haqda iqtisadçı ekspert Samir Əliyev danışıb. İqtisadçı bundan sonra xarici valyutada istehlak kreditindən kimlərin faydalana biləcəyinə aydınlıq gətirib:

"1. Xarici valyutada gəlirləri olan şəxslər;

2. Banklarda xarici valyutalarda əmanətləri olan şəxslər.

Ölkədə hazırda 2,5 milyona yaxın əmanətçi var. Ölkə üzrə əmanətlərin 85%-nin xarici valyutada olduğunu nəzərə alsaq, bu halda təxminən 2 milyon nəfərin xarici valyuta kreditlərindən yararlanmaq imkanı əldə edəcəyini zənn etmək olar".

Ekspertin sözlərinə görə, yeni qaydalara əsasən, aylıq gəlirlərini rəsmi sübut edə bilməyənlər kənarda qalacaqlar:

"Palata bir aylıq qadağadan sonra banklarda borcalanların borc yükünün yüngülləşdirilməsi məqsədi ilə xarici valyutada mövcud kreditlərin restrukturizasiyasına icazə verir. Yəni banklar belə kreditlərin şərtlərini sabahdan başlayaraq yüngülləşdirə bilərlər. Həmçinin, xarici valyutada ipoteka kreditlərinin verilməsi qadağan edilib. Palata xarici valyuta ilə yanaşı, milli valyutada da istehlak kreditlərinin verilməsi şərtlərini sərtləşdirir. Bundan sonra borcalanların gəlirlərinin həcmindən asılı olaraq borc yükünün gəlirə nisbəti və kredit məbləğinin təminata nisbəti əmsalları daxil ediləcək. Bu əmsallar kredit götürmək istəyənlərin imkanlarını daha da məhdudlaşdıracaq. Aylıq gəlirlərini rəsmi sübut edə bilməyənlər isə həmişəki kimi kənarda qalacaq".

Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatası 4 mayda keçirilən növbəti iclasında sağlam borclanma və məsuliyyətli kreditləşməyə dair qərar qəbul edib. Mayın 6-dan etibarən qüvvəyə minəcək qərarda xarici və milli valyutada istehlak kreditlərinin verilməsi şərtləri və onlara dair yeni prudensial çərçivənin öz əksini tapdığı bildirilir.

Tarix
2016.05.05 / 15:23
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Azərbaycan bu ölkəyə əlavə enerji resursları göndərə bilər

Türkiyə NATO qərarını verdi: Onu dəstəkləyəcək!

Astananın Bayramov-Mirzoyan görüşü haqda bəyanatı…

Azərbaycanla Çin arasında memorandum müzakirəsi

Əgər Vardanyan bu siyahıya daxil edilibsə... - Qonçarenko

Kupman Azərbaycana gəlir

Qusev etimadnaməsini Azərbaycan XİN-ə təqdim etdi

AP-nin komitə üzvü Bakıya qarşı qərəzli mövqeyi pislədi

Nəcməddin Sadıqov mənə bir dəfə 300 min, bir dəfə də...

Ermənistanla sərhəddə 35 sərhəd dirəyi quraşdırıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla