Yuxarı

Türkiyə Bağdadın razılığı olmadan İraq neftini satmayacaq

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyə Bağdadın razılığı olmadan İraq neftini satmayacaq

Kürd muxtariyyəti ilə neftə görə sövdələşmə üzrə Bağdadın mövqeyi həlledicidir, Türkiyə mərkəzi hökumətin razılığı olmadan İraq neftini satmayacaq. Trend "Hurriyet Daily News" qəzetinə istinadən bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız bazar ertəsi bildirib.

Onun sözlərinə görə, Türkiyənin 90 milyon ABŞ dollarlıq sazişin imzalanması barədə məlumatlar həqiqət uyğun deyil.

"Əgər hansısa sövdələşmə əldə olunarsa, bu barədə Bağdada ilk növbədə məlumat veriləcək və İraqa pul köçürüləcək. Bu Türkiyənin nefti deyil, o, neft İraqa məxsusdur", - Yıldız deyib.

Nazirin sözlərinə görə, Türkiyə ümid edir ki, Ərbil və Bağdad tezliklə razılığa gələcəklər.

Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız yanvarın üçündə bildirib ki, İraqın Kürd muxtariyyəti Türkiyəyə neft ixracını başlayıb, lakin Bağdadın razılığı olmadan bu neft Avropa bazarına çatdırılmayacaq.
Onun sözlərinə görə, Türkiyə ümid edir ki, Avropaya neft ixracı üçün bu ay Bağdadın razılığı əldə ediləcək.
O, əlavə edib ki, Bağdadla müqavilə əldə olunmayanadək, alınan neft o vaxta qədər anbarlarda saxlanılacaq.

Tarix
2014.02.18 / 09:26
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistana daha 7 vaqon buğda göndəriləcək

Bu səfirin Azərbaycanda fəaliyyəti başa çatdı

Minnixanovdan Əliyevə: Buna ümid edirik...

AİHM-in son qərarı ilə bağlı Əsgərovdan bəyanat

Gömrük Komitəsinin idarə rəisi işdən çıxarıldı

Baş nazirdən mühüm qərar

Vüqar Əhmədov Qax və Zaqatala sakinləri ilə görüşdü

TƏBİB sədrindən gözlənilməz qərar: İsrafilov işdən çıxarıldı

Prezident Qurbanova babasının fədakarlığından danışdı

Prezident otağındakı heykəllə bağlı maraqlı faktı açıqladı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla