Yuxarı

Prezident ölkənin qaz ehtiyatının həcmini açıqladı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezident ölkənin qaz ehtiyatının həcmini açıqladı

Bizim böyük qaz ehtiyatlarımız var. Azərbaycanın təsdiqlənmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. Əminəm ki, vaxt keçdikcə yeni kəşfiyyat layihələri ilə biz mütləq bu göstəriciləri daha da artıracağıq. Lakin enerji amili bizim üçün artıq prioritet deyil.

Report xəbər verir ki, bunu Berlində keçirilən Azərbaycan-Almaniya İqtisadi Forumunda çıxışı zamanı prezident İlham Əliyev bildirib.

Prezident Azərbaycanın iqtisadiyyatı şaxələndirməklə əsas diqqəti qeyri-enerji sektoruna cəmləşdirdiyini vurğulayıb:

"Bu gün enerji amili ümumi daxili məhsulda cəmi 30 faizdən bir qədər artıq, gəlirlərimizdə yarıdan aşağıdır. Lakin bir nömrəli məsələ ixrac potensialımızın şaxələndirilməsidir və biz şəffaflıq, düzgün idarəetmə, ixracın stimullaşdırılması, investisiya mühitinin yaxşılaşdırılması ilə bağlı mühüm iqtisadi islahatların həyata keçirilməsini davam etdirmək üçün beynəlxalq maliyyə institutları ilə sıx şəkildə işləyirik".

İlham Əliyev qeyd edib ki, 1995-ci ildən bəri Azərbaycana 200 milyard dollar investisiya yatırılıb, bunun yarısı xarici investisiyalardır.

"Bizim hazırda prioritet hesab etdiyimiz sahələr arasında kənd təsərrüfatı birinci yerdədir. Çünki əhalinin demək olar ki, yarısı kənd yerlərində yaşayır və bunun üçün yaxşı iqlim şəraiti mövcuddur. Yüksək texnologiyalar - İKT sektoru kifayət qədər inkişaf edib. Azərbaycan kosmik sənayesi olan ölkəyə çevrilib, iki peyki orbitə buraxıb və bu proses davam etdiriləcək", - deyə dövlət başçısı vurğulayıb.

O, həmçinin nəqliyyat sahəsinə də toxunub:

"Biz coğrafi mövqeyimizdən istifadə edərək qitələri birləşdirən çox güclü logistik və nəqliyyat infrastrukturu yaratmışıq. Məsələn, İpək Yolunun bərpası ilə bağlı layihəyə 2007-ci ildə - biz Türkiyə və Gürcüstan ilə birgə üç ölkə arasında Asiya və Avropanı birləşdirən dəmir yolunun tikintisinə başlamağımızla start verildi. Beləliklə, indi bu layihə demək olar ki, hazırdır və ümidvaram, bu ilin sonunadək bu marşrut açılacaq.

Artıq Azərbaycan ərazisi ilə Çindən Avropaya ilk sınaq konteyner qatarları keçib. Bu, Asiyadan Avropaya və əks istiqamətdə ən qısa yol olacaq. Ümidvaram ki, alman şirkətləri bu ilin sonunadək reallaşacaq bu imkandan yararlanacaqlar. Eyni zamanda, Xəzər dənizində Bakıya yaxın yerdə ən böyük dəniz limanının tikintisi və yenə də Azərbaycan ərazisindən istifadə etməklə Cənubdan Şimala daha bir dəhlizin yaradılması layihələri ilə Azərbaycan nəqliyyat nöqteyi-nəzərindən regionun coğrafi və logistik mərkəzinə çevriləcək. Bu, nəinki iqtisadi cəhətdən faydalı olacaq, həm də əməkdaşlığı və qarşılıqlı əlaqələri gücləndirəcək. Əgər biz sabit vəziyyət yaratmaq istəyiriksə, - düşünürəm ki, regionun bütün ölkələri bunu etmək istəyir, – bizim regionda fəal beynəlxalq əməkdaşlığa ehtiyacımız var və ən yaxşı yol qarşılıqlı əlaqələrdir".

İlham Əliyev bildirib ki, "enerji layihələri bizim hamımızı bir-birimizdən asılı edir. Biz bazarlardan asılıyıq, bazarlar təchizatdan asılıdır. Nəqliyyatla bağlı vəziyyət də eynidir. Bu, ölkələr arasında proqnozlaşdırılmanı və əməkdaşlığı artıracaq, eyni zamanda, Avropa İttifaqı-Azərbaycan əlaqələri də daha sürətlə inkişaf edəcək".

Tarix
2016.06.08 / 23:29
Müəllif
Axar.az
Digər xəbərlər

Trampın Əliyevə xüsusi simpatiyası var - Brayza

Avropadan Zəngəzur dəhlizinə dəstək: Müddət 25% azalacaq!

Tiflisin İrəvandan idxalı Bakıya nisbətən 10 dəfə çox oldu

Pakistan bu ölkəyə zərbələr endirdi: onlarla ölü var

İlham Əliyev Səudiyyə kralını təbrik etdi

Prezidentin mühafizəçiləri ilə bağlı videonun təhlili...

Ceyhun Bayramov pakistanlı həmkarı ilə danışdı

Milli Məclis bu MMC ilə 2 milyonluq müqavilə bağlayıb?

Nitqin gözəlliyi, orfoqrafiya qaydaları və ifadə-üslub xətaları...

Urmiya gölündə suyun səviyyəsi 68 santimetr yüksəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla