Yuxarı

"Bavariya"nın oyununda 8 qol vuruldu

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Bavariya"nın oyununda 8 qol vuruldu

“Bavariya” Bundesliqanın 11-ci turunda öz meydanında “Frayburq”u qəbul edib.

Axar.az xəbər verir ki, meydan sahibləri ilk hissədə gözlənilmədən öz qapılarından iki top buraxıblar. Oyunun 12-ci dəqiqəsində Yuito Suzuki, 5 dəqiqə sonra isə Yohan Manzambi “Frayburq”u hesabda irəli çıxarıb.

Lakin münxenlilər 22-ci dəqiqədə Lennart Karl, 45+2-ci dəqiqədə isə Mişel Olisenin qolları ilə ilk hissədə hesabı bərabərləşdirməyi bacarıb. “Bavariya” fasilədən sonra daha dörd qol vuraraq darmadağını rəsmiləşdirib - 6:2. Ev sahiblərinin qollarını Dayot Upamecano (55), Harri Keyn (60), Nikolas Cekson (78), Mişel Olise (84) vurublar.

Digər oyunda “Borussiya Dortmund” komandası “Ştutqart” ilə görüşün ilk hissəsində hesabda 2:0 hesabı ilə irəlidə olsa da, son dəqiqələrdə qələbəni əldən verib - 3:3.

“Bayer Leverkuzen” səfərdə “Volfsburq”u (3:1), “Mönxenqladbax” isə “Haydenhaym”ı (3:0) məğlub edib. “Auqsburq” öz meydanında “Hamburq”a minimal hesabla qalib gəlib – 1:0.

Günün sonuncu görüşündə “Köln” öz meydanında “Ayntraxt Frankfurt” ilə qarşılaşacaq.

Tura bazar günü keçiriləcək “Leypsiq” – “Verder Bremen” və “St Pauli” – “Union Berlin” oyunları ilə yekun vurulacaq.

Turun açılış matçında isə “Maynts” doğma divarlar arasında “Hoffenaym”ın müqavimətini qıra bilməyib – 1:1.

Bundesliqaya 11 turdan sonra 31 xalla “Bavariya” liderlik edir.

Tarix
2025.11.22 / 23:11
Müəllif
Axar.az
Digər xəbərlər

Əli Əsədov Cövdət Yılmazla görüşdü

Andrey Babiş bu tarixdə Azərbaycana gələcək

BMT Şurası Bakının təşəbbüskarı olduğu qətnaməni qəbul etdi

Daha bir azərbaycanlı Ukraynada həlak oldu - Foto

İlham Əliyev bu türk ölkəsinə gedəcək

Prezidentdən Zəngəzur dəhlizi ilə bağlı açıqlama

Prezident onları qəbul etdi - Foto

Türklər birləşir: 2,1 trilyonluq ÜDM ilə yeni güc...

TDT hökumət başçılarının görüşü: bəyanat qəbul olundu

Azərbaycandan qayıdan təyyarəni İsrail vurub?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla