Yuxarı

Xamenei üçün nəhəng yeraltı kompleks tikilibmiş

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xamenei üçün nəhəng yeraltı kompleks tikilibmiş

Əli Xameneinin 35 metr dərinlikdə, partlayışa davamlı otaqla təchiz olunmuş gizli yeraltı sığınacağı var imiş.

Axar.az-ın “İran İnternəşnl” kanalının əldə etdiyi xüsusi xəritələrə və təhlükəsizlik mənbələrinə istinadən verdiyi xəbərə görə, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Tehrandakı Mofid küçəsi yaxınlığında (ali rəhbərin iqamətgahı yaxın) Əli Xameneini qorumaq üçün böyük yeraltı kompleks inşa edib.

Bu kompleks yerin təxminən 30-35 metr dərinliyində yerləşir və partlayışa davamlı xüsusi otağa malikdir.

Yerüstü hissəsində idman mərkəzi olan bu kompleksin yeraltı hissəsində çoxmərtəbəli avtomobil dayanacaqları, atıcılıq tirləri və komandirlər üçün beşmərtəbəli ofislər mövcuddur. Kompleks tunellər vasitəsilə Vəliəsr, Pastor və Cümhuriyyət küçələrinə bağlanır. İnşaat işlərinə SEPAH-ın “Xatəmül-Ənbiya” qərargahı rəhbərlik edib.

Məlumata görə, bu sığınacaq İsrailin ali rəhbərin iqamətgahına hücumunun hədəflərindən biri olub, lakin peyk görüntüləri onun tamamilə məhv edilmədiyini göstərir.

Tarix
2026.06.26 / 01:29
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda benzin və dizel bahalaşır?

Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran

Əliyevin bu təklifləri müsbət qiymətləndirilib - Tumasyan

Sabah Ermənistana Azərbaycan vasitəsilə buğda göndəriləck

TRİPP-də başqa ölkələrin qüvvələri olmayacaq - Xandanyan

Azərbaycan XİN Pakistanı təbrik etdi - Foto

Prezidentin bu fikirləri beynəlxalq medianın diqqət mərkəzindədir

Xankəndi, Ağdərə və Xocalı ilə Kluj-Napoka arasında əlaqələr...

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla