Yuxarı

Hörmüz boğazı İrana ildə 40 milyard dollar qazandıra bilər

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hörmüz boğazı İrana ildə 40 milyard dollar qazandıra bilər

İran Hörmüz boğazında gəmilərin hərəkətinə görə ödəniş alaraq, hər il təxminən 40 milyard dollar əldə edə bilər.

Axar.az xəbər verir ki, bu barədə mənbələrə istinadən "Voll Strit Jurnal" (VSJ) məlumat yayıb.

Söhbət bu su marşrutundan keçən gəmilər üçün təhlükəsizlik, naviqasiya və ekoloji nəzarət xidmətlərinin göstərilməsinə görə mümkün ödənişin tətbiqindən gedir.

Adı açıqlanmayan məmurların sözlərinə görə, Tehran beynəlxalq modelləri, xüsusən də Türkiyənin Egey dənizi ilə beynəlxalq su yolu arasında hərəkət edən gəmilərdən vergi aldığı Çanaqqala boğazı təcrübəsini öyrənir.

Qeyd olunur ki, İran qonşularının bu razılaşmada iştirakını və gəlirlərin bir hissəsinin onların arasında bölüşdürülməsini nəzərdə tutaraq, təklifi Yaxın Şərq ölkələri və Çinlə müzakirə edir.

"Hamı anlamalıdır ki, boğazın idarə olunması heç vaxt əvvəlki vəziyyətinə qayıtmayacaq", - İran parlamentinin spikeri Məhəmməd Bağır Qalibaf çərşənbə axşamı Omana səfəri zamanı bildirib.

ABŞ dövlət katibi Marko Rubio bu həftə Yaxın Şərqə səfəri zamanı həmin plana qarşı çıxıb.

Tarix
2026.06.25 / 22:03
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda benzin və dizel bahalaşır?

Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran

Əliyevin bu təklifləri müsbət qiymətləndirilib - Tumasyan

Sabah Ermənistana Azərbaycan vasitəsilə buğda göndəriləck

TRİPP-də başqa ölkələrin qüvvələri olmayacaq - Xandanyan

Azərbaycan XİN Pakistanı təbrik etdi - Foto

Prezidentin bu fikirləri beynəlxalq medianın diqqət mərkəzindədir

Xankəndi, Ağdərə və Xocalı ilə Kluj-Napoka arasında əlaqələr...

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla