Yuxarı

Britaniyanın qərarı manata da təsir edəcək – Ekspert

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Britaniyanın qərarı manata da təsir edəcək – Ekspert

Böyük Britaniyada keçirilən referundum nəticəsində bu ölkənin Avropa Birliyini tərk etməsinə dair təklifin çoxluq tərəfindən dəstəklənməsi dünya bazarlarında yeni təlatümlər yaradıb.

Axar.az xəbər verir ki, bu barədə iqtisadçı Qubad İbadoğlu yazıb. Ekspert Britaniyanın AB-dən çıxmasından sonra manatın yenidən sınaq qarşısında olduğunu bildirib:

"Məlum hadisədən sonra dollara nəzərən ingilis funtu bir gündə 7,18, avro isə 2 faiz dəyər itirib. Brent markalı xam neftin qiyməti isə 2 dollara qədər və ya 3,83 faiz ucuzlaşıb. Eyni zamanda, fond bazarlarında səhmlərin dəyərində də dəyişikliklər müşahidə olunur. Belə ki, ABŞ iqtisadiyyatında əhəmiyyət kəsb edən Dov Jones Sənaye və Standard and Poor 500 indeksləri dəyər qazanıb, Asiya iqtisadiyyatına təsiri olan NASDAQ və Nikkei indeksləri isə dəyər itirib. Bu dəyişikliklər Azərbaycan manatının dollara nəzərən məzənnəsinə təzyiqləri də artıracaq. Dünyada dolların mövqeyini möhkəmləndirən bu cür tendensiyalar, o cümlədən Türkiyə və Rusiya kimi inkişaf etməkdə olan ölkələrin milli valyutalarının məzənnəsinə də təsirsiz ötüşməyəcək".

Qeyd edək ki, ötən gün Britaniyanın AB-dən çıxmasına dair referendum keçirilib. Seçicilərin 52%-i çıxmağa, 48%-i isə AB-də qalmağa səs verib.

Tarix
2016.06.24 / 16:43
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Tiflis körpüsü bayrağımızın rəngləri ilə işıqlandırıldı - Foto

XİN Azərbaycan xalqını bu sözlərlə təbrik etdi

İlham Əliyevin Müstəqillik Günü ilə bağlı paylaşımı - Foto

Əli Nağıyev MDB iclasında iştirak etdi

Bakı metrosu genişləndirilir: 10 yeni stansiya tikiləcək...

Mustafayev Rusiya müdafiə nazirinin müavini ilə görüşdü

Azərbaycanda benzin bahalaşa bilər

Zelenskidən İlham Əliyevə: İnanıram ki, bundan sonra...

Azərbaycanla Gürcüstanın dostluğu güclənir - Kavelaşvili

Paşinyan açıqladı: Ən geci bir ay ərzində...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla