Yuxarı

Filmlərimiz “Gənclik” metrosunda - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Filmlərimiz “Gənclik” metrosunda - Foto

"Gənclik" stansiyasının keçidlərində Azərbaycan filmlərindəki fotolardan ibarət sərgi açılıb.

Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətindən Axar.az-a verilən məlumata görə, tədbir qurumun təşkilatçılığı və "Lenovo" şirkətinin sponsorluğu ilə "Metro Qalleri" layihəsi çərçivəsində baş tutub.

Mədəniyyət və Turizm Nazirliyinin, eləcə də Azərbaycan Dövlət Film Fondunun dəstəyi ilə keçirilən sərgi 2 avqust - Azərbaycan Kinematoqrafiyası Gününə həsr olunub. Sərgidə Bakı Metropoliteni QSC-nin sədr müavini Hidayət Məmmədov, mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev, Metropoliten İşçiləri Həmkarlar İttifaqının sədri Arif Mərdanov, xidmət şöbəsinin rəisi Lalə Babayeva, Mədəniyyət və Turizm Nazirliyinin və film fondunun nümayəndələri, həmçinin tanınmış mədəniyyət nümayəndələri - görkəmli rejissor, xalq artisti Vasif Babayev, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının baş operatoru, əməkdar incəsənət xadimi Kənan Məmmədov, tanınmış aktyor, əməkdar artist Şamil Süleymanov iştirak edib.

N.Paşayev metronun təmirdən çıxmış keçidlərində təşkil edilən bu tipli tədbirlərin Bakı Metropoliteni QSC-nin artıq mütəmadi reallaşdırdığını və bu tədbirlərin sosial yönlü proqramlarının tərkib hissəsi olduğunu bildirib:

"Metronun paytaxtın kütləvi ictimai nəqliyyat vasitəsi olduğunu nəzərə alaraq, məşhur filmlərimizi, rolları ilə ölməzlik qazanmış aktyorlarımızı hər kəsə dərhal xatırladacaq fotoları təqdim etməkdə məqsədimiz mədəniyyətimizə özünəməxsus töhfə verməkdir".

Qeyd edək ki, sərgidə 78 filmdən 92 kadr və kadrarxası maraqlı fotolar yer alıb. Bu layihə 6 ay davam edəcək.

Xatırladaq ki, bu, keçidləri yeniləşdirilən "Gənclik" stansiyasında keçirilən ilk belə aksiya deyil. 2015-ci il iyulun 15-dən burada fotoəsərlərdən ibarət sərginin nümayişi başlanıb. Həmin layihə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən ənənəvi "İlin fotoqrafı" mükafatlandırma mərasimində, 2015-ci ilin yekunlarına əsasən, "İlin layihəsi" nominasiyasının qalibi elan edilib.

Tarix
2016.07.15 / 16:06
Müəllif
Aytac Qədirova
Digər xəbərlər

Yeni böhranın başlanğıcı: Polşa və Ukrayna düşmənə çevrilir?

Köçəryan Azərbaycana verilir? - Şərh

Bu şəxslərin hüquqları kobud şəkildə pozulub - XİN

İtaliya səfirliyi Bakıdan Tehrana qaytarıldı

İordaniya Nümayəndələr Palatasının sədri Bakıdadır

Bayramov Saidovla danışdı

Ermənistana daha 7 vaqon buğda göndərildi

Bu səfirin Azərbaycanda fəaliyyəti başa çatdı

Minnixanovdan Əliyevə: Buna ümid edirik...

AİHM-in son qərarı ilə bağlı Əsgərovdan bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla