Yuxarı

Bu tablo 36 milyona satıldı

Ana səhifə Kult Rəsm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu tablo 36 milyona satıldı

"Christie’s" hərrac evində fransız avanqard rəssamı İv Kleynin 1961-ci ildə yaratdığı ən böyük monoxrom tablosu “California (IKB 71)” 18,4 milyon avroya (təxminən 36 milyon 308 min manat) satılıb.

Kult.az Axşam.az-a istinadla xəbər verir ki, bu məbləğ Kleynin əsərləri üçün auksion tarixində yeni rekord hesab olunur.

Təxminən 4x2 metr ölçülü tablo xırda çınqıllarla örtülüb və bu, dərin mavi rəngin altında gizlənmiş dəniz dibini xatırladan tekstura effekti yaradır. Əsər rəssamın patentləşdirdiyi xüsusi "International Klein Blue" (IKB) ultramarin tonunda işlənib.

“California” rəssamın ABŞ-a ilk və son səfərindən az əvvəl yaradılıb. Həmin səfər zamanı o öz işlərini Nyu York və Los-Ancelesdə təqdim etmişdi.

Qeyd edək ki, 2013-cü ildə Kleynin mavi rəngə boyanmış süngərlərdən ibarət heykəli "Sotheby’s" hərrac evində 22 milyon dollara satılaraq rəssamın o dövr üçün rekord satış göstəricisi olmuşdu.

Tarix
2025.10.25 / 12:45
Müəllif
Kult.az
Digər xəbərlər

İsrail səfiri Qarabağdan yazdı: İnanılmazdır...

Ermənistan məktəblərində Azərbaycan dili tədris olunacaq

Ramiz Mehdiyevin "qara kassası" üzə çıxdı - Ağır ittihamlar

Hikmət Hacıyev Zəngəzur dəhlizindən foto paylaşdı

Sahibə Qafarova Misirdə səfərdədir

Rusiyadan imtina edib Bakıdan alacağıq - Matevosyan

Düşmən Ordumuzu dayandırmaq üçün, görün, nə edib - Video

Putin İradə Zeynalovaya rütbə verdi

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Diplomatların Cəbrayıl və Zəngilana 20-ci səfəri... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla