Tarixçilər Hitlerin təqribən
6 milyon insanı qətlə yetirməsinə səbəb olan yəhudi düşmənliyinin
alt qatındakı səbəbi tapmaq üçün illərdir müxtəlif versiyalar irəli
sürüblər. Bunlardan bir neçəsi isə olduqca məşhurdur.
Axar.az xəbər verir ki, tarixçi Ralf Corc Reuzun fikrincə,
Hitlerin içindəki antisemit hisslər 1914-cü ildə baş qaldırıb. O
zaman saçları iki tərəfdən hörülü, uzun qara paltolu, dindar
yəhudilərə qarşı ikrah hissi sonradan düşmənçiliyə çevrilib.
Başqa bir iddiaya görə, Hitlerin anası yəhudi əsilli bir həkimin
əlində can verib. Ralf Corc Reuz inanır ki, Hitlerin I Dünya
müharibəsindən sonra alman iqtisadiyyatının çökməsində yəhudiləri
təqsirkar görməsi onlara olan nifrətini pik nöqtəyə yüksəldib. O
vaxtlar alman iqtisadiyyatını yəhudi iş adamları idarə edirdi.
Həmçinin o zaman yəhudilər birjanı yönləndirə biləcək qədər güclü
idilər. Digər tərəfdən, alman banklarının 50, qəzetlərinin isə 80
faizinin sahibi yəhudi əsilli iş adamları idi.
Müharibənin Avropa iqtisadiyyatını üzləşdirdiyi böhran Almaniya
iqtisadiyyatında daha çox özünü büruzə verib. Hitlerin bu çöküşdə
yəhudiləri günahlandırması orta təbəqədə və aşağı gəlir qruplarında
əsk-səda doğurub. Hər dəfə bir parça çörəyə möhtac alman ailələrini
gördükcə Hitlerin yəhudilərə olan nifrəti daha da artıb. O, bu
nifrəti haqda yaxınlığında olan insanlarla da bölüşüb. Rusiyadakı
bolşevik inqilabının alman iqtisadiyyatını daha pis vəziyyətə
saldığına inanan Hitler Leninin də "yarı yəhudi" olduğunu iddia
edib.
Ralf Corc Reuz Hitlerin almanların yoxsulluq və kədər içərisində
yaşamalarının yeganə səbəbkarı saydığı üçün yəhudiləri qırdığını
düşünür.